Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:34

Rusiya raketlərindən dördü İrana düşüb?


Adları çəkilməyən ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın Xəzər dənizindən Suriyaya atdığı uzaqmənzilli raketlərdən dördü İran ərazisinə düşüb.

Adları çəkilməyən ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın Xəzər dənizindən Suriyaya atdığı uzaqmənzilli raketlərdən dördü İran ərazisinə düşüb.

Raketlərin dağıntı və ya insan tələfatı törədib-törətmədiyi barədə açıqlama verilməyib.

Rusiyanın Müdafiə Nazirliyi şərh verməkdən imtina edib. İranın FARS xəbər agentliyi isə bildirib ki, rəsmi Tehran bu xəbərləri hələlik şərh etməyib.

Çərşənbə günü Rusiya Xəzər dənizindən Suriyadakı hədəflərə 26 uzaqmənzilli raket atdığını bəyan etmişdi.

Bu xəbərlər, NATO Rusiyanın Suriyadakı münaqişəni şiddətləndirdiyi bir vaxtda öz üzvlərinin təhlükəsizliyinin təmin edilməsini müzakirə etdiyi əsnada ortaya çıxıb.

Assad dirçəlib?

Moskva Suriyada prezident Assad-ın opponentləri olan qruplaşmaları hədəflədiyinə dair Qərbin ittihamlarını rədd edir.

Rusiya bildirir ki,onun raket zərbələri ilk növbədə İslam Dövləti adlanan təşklilatın kommunikasiya və infrastrukturunu hədəfləyir.

Rusiya hərbiyyəsinin Suriyada olduğu bir vaxtda raketləri 1500 kilometrlik məsafədən atmaq nəyə lazım idi?

Bu arada Suriya Ordusunun qərargah rəisi general Ali Abdullah Ayoub deyib ki, Rusiyanın hava zərbələri nəticəsində İslam Dövləti qruplaşması xeyli zəiflədilib.

Hazırda ölkənin İdlib, Hama və Latakiya bölgələrində şiddətli döyüşlərin getdiyi xəbər verilib.

Burada Nüsra Cəbhəsi qruplaşmasının koalisiyasına daxil qiymaçılar səngərləniblər.

Suriya müxalifət mənbələri xəbər verirlər ki, Assad-ın hökumət qoşunları Qab düzənliyi rayonunda hücum əməliyyatına başlayıblar.

Ruslar Suriyada ola-ola Xəzərdən raket niyə lazım idi?

Rusiyanın Xəzərdən atdığı raketlərə gəlincə, Qərb ekspertləri bunun üçün ağlabatan hərbi zərurət olmadığını bildirirlər.

Onlar sual edirlər ki, Rusiya hərbiyyəsinin Suriyada olduğu bir vaxtda raketləri 1500 kilometrlik məsafədən atmaq nəyə lazım idi?

Qərb mediası bunun Putin hökumətinin qüvvə nümayişi üçün həyata keçirdiyi şou olduğunu yazır.

ABŞ-ın müdafiə naziri Ashton Carter Rusiya hərbiyyəsinin qeyri-peşəkar davrandığını vurğulayıb.

O həmçinin bildirib ki, Rusiya Xəzərdən raket zərbələri endirəcəyi barədə heç kimi xəbərdar etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG