Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32

ABŞ Rusiya təyyarələrinin İrandakı bazadan istifadə etməsini pisləyib


Rusiyanın Tupolev Tu-22M3 uzaqmənzilli təyyarəsi Suriyada bombardman əməliyyatı həyata keçirir

Rusiyanın Tupolev Tu-22M3 uzaqmənzilli təyyarəsi Suriyada bombardman əməliyyatı həyata keçirir

Birləşmiş Ştatların Dövlət Departamenti Rusiyanın İrandakı hərbi-hava bazasından istifadə etməsini “təəssüf doğuran fakt” adlandırıb.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Rusiya hərbi təyyarələrinin Suriyadakı hədəflərə zərbə endirmək məqsədilə İranın hərbi hava bazasından istifadə etməsi BMT Təhlükəsizlik Şurasının 2231 nömrəli qətnaməsinin pozulması kimi qiymətləndirilə bilər.

Bu qətnamə 2015-ci ilin iyulunda İranın nüvə proqramı ilə əlaqədar qəbul olunub.

Bundan əvvəl, avqustun 16-da səhər Rusiya hərbi hava qüvvələrinin Tu-22M3 təyyarələri Həmədanda yerləşən hərbi-hava bazasına eniblər.

Onlar buradan Suriyadakı islamçıların mövqelərinə zərbə endirmək üçün uçuşlar edəcək.

Reuters bildirir ki, Həmədan bazasına həmçinin Su-34 qırıcıları da gətirilib.

75 ildən sonra rus əsgərinin ayağı İran torpağında

Agentlik bildirir ki, bu Rusiyanın Suriyanın özündən başqa bu münaqişədə üçüncü bir ölkənin ərazisindən istifadə etdiyi ilk haldır.

Əslində isə SSRİ hərbçiləri son dəfə İran ərazisində 1941-ci ildən 1946-cı ilə qədər olublar. Beləliklə, Rusiya əsgərinin ayağı düz yetmiş beş ildən sonra İran torpağına qədəm qoyub.

İranın baş naziri Əhməd Qəvam və səfir Ivan Sadchikov 1946-cı ildə İranın Sovet qoşunları tərəfindən işğalının bitməsinə dair sənəd imzalamışdılar.

İranın baş naziri Əhməd Qəvam və səfir Ivan Sadchikov 1946-cı ildə İranın Sovet qoşunları tərəfindən işğalının bitməsinə dair sənəd imzalamışdılar.

Reuters təhlilçisi bildirir ki, Rusiyanın İrandakı hərbi obyektdən istifadə etməsi onun həm də Yaxın Şərqdə əsas oyunçulardan biri kimi görünmək niyyətindən irəli gəlir.

İran Milli Təhlükəsizlik Şurası bəyan edib ki, bu, Tehran və Moskvanın strateji əməkdaşlıq şəraitində beynəlxalq terrorla mübarizə aparmasının sübutudur.

Xəbərdə bu da xatırladırlır ki, bu yaxınlarda uzun ləngimədən sonra Rusiya İrana S-300 raket sistemini verib.

Bundan əvvəl İraqın baş naziri Hayder al-Abadi Rusiya təyyarələrinin ölkənin hava məkanında uçmasına icazə vermişdi. Lakin Bağdad şərt qoymuşdu ki, təyyarələr yalnız İraq-Suriya sərhədi boyunca uçacaq və ölkə ərazisi üzərinə keçməyəcəklər.

Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Həmədan bazasındakı təyyarələr artıq Hələb şəhəri ətrafında Nüsra Cəbhəsi qruplaşmasının mövqelərinə zərbələr endirib.

Rusiya Müdafiə Nazirliyi öz saytında bombardmanın bir fraqmentinin görüntülərini yerləşdirib.

Assad dara düşəndə

Son günlər Hələb ətrafında Rusiyanın dəstəklədiyi Assad qüvvələri və müxalif qiyamçılar arasında şiddətli döyüşlər gedir.

Suriyanın hökumət qüvvələrinin ağır itkilər verdiyi bildirilir.

Hərbi ekspertlər bildirilər ki, belə bir şəraitdə Rusiyanın döyüş səhnələrinə yaxın olan Həmədan bazasından istifadə etməsi hərbi-texniki baxımdan məntiqli görünür.

Rusiya rəsmiləri deyirlər ki, Həmədan bazasından istifadə uçuş vaxtına 60 faiz qənaət edilməsinə imkan verir.

Bunu NATO da təsdiq edib və bildirib ki, indi Rusiya aviasiyası daha az uçuşla daha çox hava zərbələri endirə biləcək.

Pentaqon bildirir ki, onun məlumatına görə Həmədan bazasında Rusiyaya aid 6 uzaqmənzilli Tupolev bombardmançısı və bəlli olmayan sayda Su-34 qırıcıları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG