Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20

'İnterneti anonim imzalardan və nəzarətsizlikdən təmizləmək lazımdır'


Aleksandr Bortnikov

Aleksandr Bortnikov

Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri interneti «anonimbazlıq və nəzarətsizlikdən» təmizləməyə çağırıb.

Aleksandr Bortnikov-un fikrincə, terrorçular hücum planlarını «Telegram», «WhatsApp» və «Viber» messencerlərində hazırlayırlar («messenger» ingiliscədən çevirəndə «xəbərçi», «xəbər daşıyan eşşək» anlamına gəlir – red.).

FTX-nin direktoru problemin «internetdə anonimvə nəzarətsizlik»dən qaynaqlandığını düşünür.

Güc strukturlarının beynəlxalq forumunda çıxış edən A.Bortnikov-un sözlərinə görə, terrorçular insanları ələ almaq və tərəfdarlarıyla ünsiyyət qurmaqüçün «Telegram», «WhatsApp» və «Viber» messencerlərindən yararlanır, bir-birinə şifrəli mesajlar göndərirlər: «Terrorçuların fəal fəaliyyət göstərdiyi virtual məkandakı qlobal nəzarətsizlik və anonimlik problemini çözmək gərəkdir». TASS-ın məlumatında belə deyilir.

«MESSENCERLƏRDƏN TERROR TƏLİMATI GÖNDƏRİRLƏR»

FTX direktoru onu da bildirib ki, söhbət internetdə daimi monitorinqdən, kibertəhlükə aşkar edilincə, terrorçuların bloklanmasından gedir. O, xaricilər də daxil, öz həmkarlarını bu məsələlərə yenidən baxmağa çağırıb.

Aleksandr Bortnikov-un sözlərinə görə, terrorçular sadaladığı messencerlərdən yararlanaraq, bir-birinə, eləcə də tərəfdarlarına terror təlimatı göndərirlər.

«YAROVÇU PAKET»

Rusiya Dumasında müzakirəyə çıxarılan «Yarova paketi»ndə bir düzəlişdə israr edilirdi. Söhbət federal təhlükəsizlik orqanlarına şifrəli yazışmaları oxumaq girişi verməyən messencer rəhbərlərinin cərimə olunmasından gedirdi. «Antiterror paketi»nə bu təklifin daxil edilməsi təşəbbüsünü rusiyalı deputat Irina Yarova və senator Viktor Ozerov irəli sürmüşdü.

Təşəbbüs Rusiya Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsində bəyəniləndən sonra müzakirəyə çıxarıldı və qanunvericiliyə əlavə edildi.

Buna da bax - "İki peykimiz var, birində İnternet kəsildi, o birinə qoşun da"

SÜZGƏCLƏMƏ TƏKLİFİ

Daha öncə isə senator Yelena Mizulina təklif etmişdi ki, sosial şəbəkələrdəki bağlı qruplarda, «WhatsApp», «Telegram», ya «Viber» kimi messencerlərdə yazışmalar süzgəcdən keçirilsin.

Onun təklifini ölkə prokuroru Yury Chayka da dəstəkləmiş və belə demişdi: «Heç sözsüz, bunu etməliyik və buna getməyə hazırıq».

Rabitə naziri Nikolai Nikiforov-sa bildirmişdi ki, belə bir süzgəcləmə texniki cəhətdən mümkün deyil, çünki messencerlərdə trafik şifrəlidir.

Bundan sonra «antiterror» qanun layihəsinə əlavə və dəyişiklər paketinə İnternet resurslarında informasiya yayan təşkilatçılara cərimə kəsilməsinin də daxil edilməsi təklifi ortaya atıldı.

Təklifdə deyilirdi ki, federal orqanlara elektron məlumatların verilməsindən boyun qaçıran vətəndaşlar 3 mindən 5 min rubla, vəzifəli şəxslər 30 mindən 50 minə, hüquqi şəxslər 800 mindən 1 milyon rubladək cərimə edilsinlər.

FEDARAL BÜRO ÇIXIŞ YOLU TAPIB, AMMA AÇIQLAMIR

Qanunun qəbulundan sonra Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinə iki həftə vaxt verib ki, internetdə məlumat ötürməyin şifrələmə qaydalarını hazırlayıb təsdiqləsin.

İyulun 25-də Federal Təhlükəsizlik Xidməti elan edib ki, messencer sahiblərindən «şifrə açarı»nı əldə etməyin yolunu tapıblar. Bu məlumat qurumun rəsmi saytında açıqlanıb. O məlumatda deyilir ki, gərəkli əmr Ədliyyə Nazirliyinə qeydə alınmağa göndərilib.

Bununla belə, Federal Təhlükəsizlik Xidməti yazışmaları necə oxuyacağını bildirməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG