Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:56

Suriyada “Rusiya bombalarının 43 nəfəri öldürdüyü” xəbər verilib


Suriya müxalifət fəalları İdlib şəhərinin bombardmanında onlarca dinc sakinin həlak olduğunu bildiriblər.

Suriyanın İdlib şəhərinə Rusiya tərəfindən endirildiyi düşünülən raket zərbələrindən azı 43 nəfərin həlak olduğu xəbər verilir.

Yerli müxalifətçilər xəbər veriblər ki, hava zərbələri şəhər bazarına, yaşayış evlərinə və inzibati binalara endirilib.

İdlibdəki mülki müdafiə rəsmilərinin dediyinə görə, dağınrtıların altından hələ də cəsədlər və yaralılar çıxarılır.

Rusiya hələlik bu iddialarla bağlı heç bir açıqlama verməyib.

Moskva adətən raket zərbələri ilə yalnız “terroçular”ı, ilk növbədə İslam Dövləti adlanan təşkilatın silahlılarını hədəflədiyini iddia edir.

Lakin Bashar al-Assad-a qarşı döyüşən müxalifət israr edir ki, Moskva bir qayda olaraq Qərb tərəfindən dəstəklənən anti-Assad qruplarına zərbə endirir.

Ölənlərin arasında uşaqlar var

Özünü “yerli koordinasiya komitələri” adlandıran antihökumət fəalları şəbəkəsi bildirir ki, “Rusiya bombardmanı nəticəsində 170 nəfər xəsarət alıb”. Onların məlumatına görə yaralı və ölənlərin arasında uşaqlar da var.

Antihökumət İslam üsyançılarının koalisiyası İdlibə bu ilin əvvəllərindən nəzarət edir.

İdlib şəhəri, Raqqa “İslam Dövləti” adlandırılan təşkilatın əlinə keçdikdən sonra, antihökumət qüvvələrinin nəzarətində qalan yalnız iki əyalət mərkəzindən biridir.

Buradakı antihökumət qruplaşmalarının sahil istiqamətində irəliləməsi Assad hökumətinə ciddi təhlükə yarada bilərdi.

“Hizbullah” lideri öldürülüb

Bu arada bazar günü məlum olub ki, Livanın “Hizbullah” qruplaşmasının tanınmış liderlərindən Samir Qantar Dəməşqin rayonlarından birinə İsrail aviasiyasının zərbələri zamanı öldürülüb.

“Hizbullah” Suriyada Assad qüvvələrini dəstəkləyir.

İsrail bu xəbərlərə münasibət bildirmir.

BMT Təhlükəsizlik Şurasının ötən həftə qəbul olunmuş qətnaməsində Suriya münaqişəsinin bütün tərəfləri dinc əhaliyə qarşı zorakılıqlardan çəkinməyə çağırılır.

Qətnamədə bu da vurğulanır ki, ölkənin gələcəyi barədə yalnız Suriya xalqının özü qərar verə bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG