Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:02

Rusiya ölkəyə giriş-çıxışı pullu etmək istəyir


Rusiyanın Çinlə dəmiryolu sərhəddi
Rusiyanın Çinlə dəmiryolu sərhəddi

"Kommersant" qəzeti yazır ki, Rusiyanın Nəqliyyat Nazirliyi ölkə sərhədlərinin avtomobil və yük qatarları ilə keçilməsi zamanı ödənişin tətbiqini təklif edir.

HƏR KİLOMETRƏ 1,5 RUBL

Pullar artıq Rusiya yollarında ödəniş toplanmasında istifadə olunan "Platon" sisteminə bənzər sistem vasitəsilə yığılacaq. Toplanmış pulları sərhəd-keçid məntəqələrinin təchizatına xərcləmək təklif olunur.

"Birinci mərhələdə avtomobil və dəmiryol sərhəd keçid məntəqələrinin pullu edilməsi təklifi var. Nazirlik avtomobillərdən onların kateqoriyalarına (minik, yaxud yük) görə pul almaq istəyir", deyə qəzet yazır.

Buna da bax:​ Ruslar istirahətə Krımı qoyub niyə Türkiyəyə gedir?

İdeyanın gerçəkləşdirmə vaxtı, habelə giriş və çıxış üçün ödəniləcək məbləğ kimi detallar açıqlanmır. Hökumətdəki mənbələr bildirirlər ki, nazirlik ödənişlərin toplanması üçün vahid operator yaratmaq istəyir. Rusiya Federasiyasında ötən il noyabrın 15-dən fəaliyyət göstərən "Platon" sistemi çəkisi 12 tondan ağır olan maşınların sürücülərindən hər kilometrə 1,5 rubl alır. "Platon" sisteminə xidmət göstərənsə "RT İnvesttransportnıye sistemı" şirkətidir. Bu şirkət "Rostex" və Putinin dostu, iş adamı Arkadiy Rotenbergin oğlu Igor Rotenberg-in nəzarətindədir.

250 MİLYARD RUBL LAZIMDIR

Bu il Rosgranitsa – Rusiyanınn Sərhəd Agentliyinin ləğvindən sonra sərhəd-keçid məntəqələri Nəqliyyat Nazirliyinin səlahiyyətinə verilib. Nəqliyyat nazirinin müavini Aleksei Tsydenov məntəqələrin müasirləşdirilməsinə gərəkən xərcləri 250 milyard rubl (3,9 milyard dollardan artıq) həcmində dəyərləndirib. Onun sözlərinə görə, fəaliyyətdə olan 314 keçid məntəqəsinin ən uzağı 20%-i texniki təchizatla bağlı normativ tələblərə və sərhədi keçənlər üçün sanitar-məişət şərtlərinə cavab verir.

Buna da bax:​ Rusiya Ukrayna yük maşınlarını saxlayıb

"Bu gün 200-250 məntəqənin yenidənqurma və müasirləşdirmə işlərinə kapital qoyuluşu tələb olunur", deyə Tsydenov bildirib. Onun sözlərinə görə, bir məntəqənin yenidən qurulmasının orta xərci 1 milyard rubldur.

Nəqliyyat Nazirliyi bu ayın ikinci yarısında sərhədlərin keçilməsi zamanı ödənişin tətbiqinə dair geniş müşavirə planlaşdırır. Sərhəd məntəqələrindən istifadəyə görə ödənişin artıq gələn ilin ikinci yarısı tətbiq edilə biləcəyi deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG