Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:58

BMT: "Ebolanın öhdəsindən gəlmək mümkündür"


"Ebola global böhrandır, ancaq öhdəsindən gəlmək olar". Bunu BMT-də Ebolaya Təcili Müdaxilə missiyasının rəhbəri Ismail Ould Cheikh Ahmed Ganadakı çıxışında bildiirb.

"Biz çətin durumla qarşılaşmışıq, ancaq öhdəsindən gələ bilərik"-deyə Ahmed bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 20200 nəfər bu xəstəliyə yoluxub, 7900 nəfər ölüb.

Ebola ən çox Sierra Leone, Liberiya və Qvineyada yayılıb.

Ebola Təcili Müdaxilə missiyasının rəhbəri Anthony Banbury 2015-ci ildən başlayaraq Ebola ilə bağlı halların sayının azalacağına inandığını deyib

XS
SM
MD
LG