Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43

►Rusiyaya xaricdən dərman vasitələri gətirən vətəndaşlardan tələb oluna bilər ki, əllərində müalicə həkiminin yazdığı resept olsun.

“İdxalın əvəzlənməsi” siyasəti çərçivəsində irəli sürülmüş bu təklif ölkənin Səhiyyə Nazirliyindən gəlib.

Həkimin resepti, yaxud da onun təsdiq olunmuş surətində dərman vasitəsinin adı və miqdarı göstərilməlidir.

“Dərman vasitələrinin dövriyyəsi barədə” federal qanuna bu düzəlişin layihəsi artıq normativ hüquqi aktların layihələrinin federal portalında yerləşdirilib.

Buna da bax: Hərbçilərə nahara - tarakan...

Rusiyada xarici dərman problemi Qərb ölkələrinin Ukraynaya təcavüzə görə Rusiyaya tətbiq etdiyi sanksiylardan sonra ortaya çıxıb.

Rusiya hökuməti “cavab sanksiyaları” tətbiq etməklə bəzi xarici malların, o cümlədən dərmanların ölkəyə gətirilməsini birtərəfli qaydada məhdudlaşdrıb.

Bunların içində Rusiyada istehsal edilməyən dərmanlar da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG