Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Rusiyada məmur övladları cəzadan necə yayınırlar


Lukoil vitse-prezidentinin oğlu Ruslan Shamsuarov (soldan ikinci),

Lukoil vitse-prezidentinin oğlu Ruslan Shamsuarov (soldan ikinci),

Bugünlərdə Moskva məhkəməsi avtomobildə polislə, az qala, yarışa çıxan üç nəfəri məsuliyyətdən azad edib. Onlardan biri “Lukoil” şirkətinin vitse-prezidentinin oğlu Ruslan Şamsuarov və onun iki dostu Viktor Uskovla Abduvaxob Macidovdur.

Məhkəmə polisi təhqir etdiklərinə görə onlara icbari iş təyin edib və ağır maddələrlə ittiham olunan gənclərə bəraət verib. Həmin maddələrlə adıçəkilən üç nəfər 5 ilədək azadlıqdan məhrum edilə bilərdilər.

“Radio Svoboda”nın yazdığına görə, məhkəmənin bu qərarı gözlənilməz deyil, Rusiya ictimaiyyəti artıq buna adət edib. Bu cür hadisələrin doğurduğu rezonansa baxmayaraq, varlı valideynlərin övladları bir qayda olaraq, sərt cəzalardan yayına bilirlər.

Foto: arxiv

Foto: arxiv

Polis təqibi zamanı “Periscope”la canlı yayım, söyüş, təhqir...

2016-cı il mayın 22-də 20 yaşlı tələbə Ruslan Şamsuarov və onun iki dostu “Mercedes Gelandewagen” markalı avtomobildə gedərkən yol polisinin dayanmaq əmrinə tabe olmayıblar və onlardanqaçaraq gizlənə biliblər. Gənclər “nümayişkaranə” şəkildə yol hərəkəti qaydalarını pozaraq təhlükəli situasiyalar yaradıblar. Bu azmış kimi, onlar baş verənləri mobil telefonda “Periscope” vasitəsilə canlı yayımlayıblar. Bu zaman yol polisinin əməkdaşlarının ünvanına söyüş və təhqir də səsləndiriblər.

Buna da bax: Azərbaycanda ataların ərköyün balalarının bəlaları...

Moskvanın Qaqarin məhkəməsi hesab edib ki, bu üç gəncin hərəkəti “Hakimiyyət nümayəndəsinə zorakılıq” maddəsiylə yanlışlıqla tövsif edilib və bu maddə üzrə onlara bəraət verib. Polisi təhqir etdiyinə görə, məhkəmə Şamsuarovla Uskovu təqsirli bilib və 300 saat icbari iş təyin edib. Avtomobilsə müsadirə olunub.

Bu hadisə zamanı heç kim zərər çəkməsə də, müşahidəçilər Ruslan Şamsuarova və onun iki dostuna verilən cəzanın həddindən artıq yüngül olduğunu düşünürlər.

“Radio Svoboda” buna qədər də bəzi məmur övladlarının törətdiyi hay-küylü yol qəzaları zamanı sərt cəzaların verilmədiyini yada salır.

Ivanov-un oğlu həm adam öldürdü, həm də...

Aleksandr Ivanov

Aleksandr Ivanov

Birinci sırada Aleksandr İvanov gəlir. O, keçmiş müdafiə naziri və prezident administrasiyasının keçmiş rəhbəri Sergei Ivanov-un oğludur. Hadisə 2005-ci ilin mayında baş verib. Rəsmi məlumatda 28 yaşlı məmur oğlunun piyadanı - 68 yaşlı təqaüdçü Svetlana Beridzeni vurduğu deyilirdi. Aleksandr Ivanov buna görə 5 ilədək azadlıqdan məhrum edilə bilərdi, ancaq həmin ilin noyabrında cinayət işi bağlanıb. Ekspertlər bu qənaətə gəliblər ki, ittiham olunan şəxs “piyadanın ölümünü texniki baxımdan önləyə bilməzdi”, onun hadisə zamanı sərxoş olmadığı və sürət həddini aşmadığı bildirilib. Ancaq şahidlər Ivanov-un sürəti aşdığını söyləyirdilər. Sergei Ivanov isə oğluna bu məsələdə yardım göstərmədiyini, istintaqa təzyiq göstərmədiyini bəyan etmişdi. Elə həmin il də Svetlana Beridzenin qohumlarına cinayət işi açılıb.

Buna da bax: İsmayıllıda yandırılan «Çıraq» otelin nazirin oğluna məxsus olmasına dair sənədlər yayılıb

Aleksandr Ivanov özü 2014-cü ildə istirahət zamanı ölüb. Ata Ivanov 2016-cı ildə prezident administrasiyasının rəhbəri vəzifəsindən azad edilib, prezidentin təbii ehtiyatlar, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunub.

Piyadanı vurub, amma maşınına görə narahat olan məmur qızı

Növbəti “qəhrəman” Anna Şavenkovadır – İrkutsk vilayətinin seçki komissiyasının sədri Larisa Şavenkova-nın qızı. 28 yaşlı Anna 2009-cu ildə iki piyadanı Elena və Yuliya Pyatkovaları maşınla vurub. Elena hadisə yerindəcə ölüb, Yulia əlil olub. Bu qəza hadisənin görüntüləndiyi kadrlar internetdə yayıldıqdan sonra hay-küy doğurub. Kadrlarda gənc qadının vurduğu piyadalara yardım göstərməkdənsə, idarə etdiyi “Toyota-Carolla”nın zədələnib-zədələnməməsi ilə maraqlandığı görünürdü.

Anna Shavenkova

Anna Shavenkova

Anna Şavenkova 2,5 il azadlıqdan və avtomobil idarə etmək hüququndan məhrum edilsə də, məhkəmə qərarının icrası oğlunun 14 yaşı tamam olanadək, yəni 14 il müddətinə təxirə salınıb. 2015-ci ildə Şavenkova amnistiyaya düşüb. Anası İrkutsk seçki komissiyasında indi katib kimi işləsə də, özü iş tapa bilmir. Annanın sözlərinə görə, heç kim onu işə götürmək istəmir və hətta ona familiyasını dəyişməyi tövsiyə edirlər.

Tatarıstan prezidentinin qardaşıoğluna cinayət işi belə açılmayıb

Tatarıstan prezidenti Rustam Minninxanovun qardaşıoğlu, atası da yüksək vəzifədə olan 34 yaşlı Ramil Minninxanov 16 yaşlı piyada Aleksandr Trofimovu vurub öldürüb. Minninxanovun atası “hər şeyin qanunla həll olunacağına” söz versə də, onun oğlu məsuliyyətə cəlb edilməmişdi. Bununla bağlı cinayət işi belə açılmamışdı.

Ata Minninxanov bu il təqaüdə çıxıb və Tatarıstanda intellektual nəqliyyat sisteminin tətbiqiylə məşğul olacağını deyir.

26 yaşlı İrina Kiseleva, İrkutsk şəhər dumasının üzvü Janna Esevanın qızı da yol qəzasında iki nəfərin – polis polkovniki, cinayət axtarış şöbəsinin rəisi Albert Sokolovu və iş adamı Denis Matveyevi ölümünə səbəb olub. Hadisə zamanı sərxoş olan qadın 9 il azadlıqdan məhrum edilə bilərdi, ancaq 4 il cəza alıb, üstəlik də cəzası qızının 14 yaşı tamam olanadək təxirə salınıb. O, başqa şəhərə köçsə də, anası hələ də deputatdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG