Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 16:05

Dmitry Medvedevin gülməli 'iqtisadi şərhləri'


Rusiya baş naziri Dmitry Medvedev özünün növbəti gülməli şərhini verərkən, Sevastopol, Krım, 22 may, 2016

Rusiya baş naziri Dmitry Medvedev özünün növbəti gülməli şərhini verərkən, Sevastopol, Krım, 22 may, 2016

Prezident Putin və digər Rusiya rəsmiləri ölkənin iqtisadi problemlərinə tez-tez bəzəkli don geyindirməyi, hər şeyin daha yaxşı olacağına adamları inandırmağı xoşlayırlar və statistik rəqəmlərlə qəşəng mənzərə çəkirlər.

Dmitry Medvedev isə o qədər də yox. Ancaq baş nazir mütəmadi özünün əndrabadi iqtisadi şərhləri ilə qəzəb və rişxənd hədəfinə çevrilir. Onun şərh tərzi təqaüdçülər, müəllimlər və digər rusiyalılar üçün təhqiredici və bivec münasibət kimi qarşılanır.

Dmitry Medvedev: «Mən məktəb müəllimləri, professorlara bağlı suallarla tez-tez üzləşirəm. Əgər sən çox qazanmaq istəyirsənsə, bu qazancı sürətlə və rasional qazanmaq üçün çoxlu cəlbedici yollar var, məsələn, biznes kimi. Amma sən biznesə getmək istəmədin, elə deyilmi?»

3 ay bundan qabaq Medvedev Krim sakinləri ilə söhbətində demişdi ki, təqaüdləri qaldırmaq üçün kifayət qədər pul yoxdur, Rusiya iqtisadi xaosa sürüklənə bilər və təklif etmişdi ki, əgər məktəb müəllimləri ləyaqətli həyat istəyirlərsə, ayrı mənbədən qazanc əldə edə bilmələri üçün başqa iş də tapsınlar.

«Ya da peşənizi dəyişin»

Buna da bax: Prezidentlər silahla [FOTOLAR]

Medvedevin pul qazanmaqla bağlı növbəti təklifi avqustun 3-də Rusiyanın ən kasıb regionlarından olan Dağıstan Respublikasında keçirilən ictimai forumda gəldi. Gənc müəllimlərin polislərdən 5 dəfə az qazanmasının səbəbini soruşanda baş nazir cavab verib ki, müəllimlər gəlirlərini artırmaq üçün gecələr də işləsinlər, ya da özlərinə ayrı iş tapsınlar:

Dmitry Medvedev: «Müəllimlər daha pullu iş tapsınlar. Medvedev deyir ki, enerjili müəllimlər pul qazanmağın yolunu tapa bilərlər».

«Mən məktəb müəllimləri, professorlara bağlı suallarla tez-tez üzləşirəm. Əgər sən çox qazanmaq istəyirsənsə, bu qazancı sürətlə və rasional qazanmaq üçün çoxlu cəlbedici yollar var, məsələn, biznes kimi. Amma sən biznesə getmək istəmədin, elə deyilmi?» Medvedev kütləyə deyib. Ancaq onun bu sözləri Medvedevin 2009-cu ildə prezident olduğu vaxt dərc etdirdi məqaləsindəki fikirləri ilə ziddiyyət təşkil edir. O vaxt o bildirmişdi ki, yeni texnologiyalarla işləyən sərmayəçilər, yenilikçilər, tədqiqatçılar, müəllimlər, sahibkarlar cəmiyyətdə daha çox hörmətə layiq olacaqlar. Öz növbəsində, onların məhsuldar olması üçün cəmiyyət də lazım olan şəraiti yaradacaq, - baş nazir prezident kürsüsündən demişdi.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Dmitry Medvedev: «Hazırda pul yoxdur. Pul tapaq, indeksasiyanı tətbiq edəcəyik. Siz burada möhkəm olun. Sizə ən xoş arzular, yaxşı əhval ruhiyyə və sağlamlıq diləyirəm sağ olun».

Medvedevin bu şərhi sosial mediada hay-küy qoparıb. Özünü istehza ilə «Rusiya prezidenti» adlandıran Twitter istifadəçisi @KermlinRussia hesabından «Breaking Bad» serialında narkotik alverçisi rolunu oynayan amerikalı aktyor Walter White-in foto paylaşıb, həmin fotoda dolların da təsviri var. Altından isə yazılıb: «Dmitry Medvedev məsləhət görür ki, müəllimlər daha pullu iş tapsınlar. Medvedev deyir ki, enerjili müəllimlər pul qazanmağın yolunu tapa bilərlər».

Buna da bax: Roma papası: «Dünya müharibədədir»

Müəllimlər həm də hardan qazanırlar?

Saytlardan biri yaxşı qazanmaq üçün fahişəlik, striptiz göstərən, erotik kişi modelyerliyi edən, gecə klubunda rəqqaslıqla, oğruluqla məşğulluq olan, hətta terrorçu müəllimlərin siyahısını yayıb. Rusiyanın müxtəlif məktəblərində dərs deyən bu müəllimlərin arasında kimyaçı, tarixçi, ədəbiyyatçı var.

Avqustun 4-də change.org saytında baş nazirin istefası üçün başlanan kampaniyanı 230 mindən çox adam imzalayıb. Müraciət mətnində qeyd edilib ki, balıq başdan iylənər.

«Pul yoxdur, ancaq siz möhkəm olun»

Buna da bax: "Əli və Nino" bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Təqaüdçülər də Medvedevin «qazanc yolgöstərmələri» ilə üzləşiblər.

Bu ilin mayında baş nazirin Krım sakinləri ilə görüşündə bir təqaüdçü ona pensiyanın azlığından şikayətlənmişdi: «Bu təqaüdlə yaşamaq mümkün deyil. Qiymətlər dəhşətli dərəcədə bahadır. Artıq gücümüz qalmayıb. Bizə düzgün indeksləşmə hesablanmayıb».

Baş nazirin cavabı belə olub: «Hazırda pul yoxdur. Pul tapaq, indeksasiyanı tətbiq edəcəyik. Siz burada möhkəm olun. Sizə ən xoş arzular, yaxşı əhval ruhiyyə və sağlamlıq diləyirəm sağ olun».

Onun bu sözləri də sosial şəbəkədə istehza ilə qarşılanıb. Facebook istifadəçilərindən biri Medvedevin fotosunu paylaşaraq onun «dilindən» qeyd edib: «Əziz krımlılar, pul yoxdur, heç yaxın vaxtda da gözlənmir, amma siz möhkəm olun. Sağlıqla qalın».

XS
SM
MD
LG