Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:20

Rusiya Baltik dənizi hövzəsində sərnişin təyyarələrinə təhlükə yaradır?


Finlandiyanın Finnair aviaşirkəti Finlandiyadan Estoniyanın Tartu şəhərinə uçuşları ən azı mayın 31-dək dayandırıb.

Bunun reyslərin uçuş marşrutu boyunca təyyarələrin GPS naviqasiya sistemində yaranan fasilələrlə bağlı olduğu deyilir.

Bundan əvvəl Baltik ölkələri Rusiyanı Baltik dənizi hövzəsində GPS siqnallarını boğmaqda və aviasiya üçün çətinliklər yaratmaqda ittiham etmişdilər.

Ötən həftə Finnair aviaşirkətinin iki təyyarəsi GPS siqnallarında yaranan pozuntuya görə Helsinki hava limanına qayıtmışdı, beləki Estoniyanın Tartu hava limanı ilə rabitə itmişdi.

Alternativ sistem

Finnair şirkəti ümid etdiyini bildirib ki, mayın sonunadək Tartu hava limanı GPS-ə bağlı olmayan alternativ naviqasiya sistemini işə sala biləcək.

Finnair Helsinki və Tartu arasında uçuşlar edən yeganə aviaşirkətdir.

Bundan əvvəl Estoniya, Latviya və Litvanın xarici işlər nazirlikləri bəyan etmişdilər ki, GPS sistemində yaranan fasilə və pozuntulara görə məsuliyyəti Rusiya daşıyır.

Financial Times qəzeti mənbələrə istinadla yazmışdı ki, Rusiya Kalininqrad vilayətinə dron hücumlarının qarşısını almaq məqsədilə GPS siqnallarını boğur.

Xəzər dənizi üzərində də...

Bu ayın əvvəllərində Britaniyanın The Sun qəzeti yazmışdı ki, Britaniyanın minlərlə aviareysi GPS siqnallarının boğulması hadisəsi ilə üzləşib.

Baltik dənizi hövzəsi üzərində 2300-dək reysin bu problemlə üzləşdiyini Ryanair, Wizz Air, British Airways və EasyJet şirkətləri bildiriblər.

Ümumiyyətlə isə GPS siqnallarının itməsi halları Rusiyanın Ukraynaya əsassız və səbəbsiz müdaxiləsi başlanandan bəri artıb.

Bu da bildirilir ki, bu problem təkcə Baltika regionunda deyil, habelə Qara dəniz və Xəzər dənizi üzərində də yaşanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG