Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:22

Rusiya baş nazirinin müavini Rumıniyanı bombardmanla hədələyir


Rusiya hərbi təyyarələri

Rusiya hərbi təyyarələri

Rusya baş nazirinin müavini Dmitry Rogozinin separatçı Dnestryanı regiona səfəri beynəlxalq qalmaqalla nəticələnib. Tiraspoldan Moskvaya qayıdarkən onun təyyarəsinə Rumıniya hava məkanına daxil olmaq icazəsi verilməyib.

Hiddətlənən Rogozin özünün twitter səhifəsində buna “bombalı” cavab verib.

"ABŞ-ın tələbi ilə Rumıniya bizim təyyarənin hava məkanını bağlayıb. Ukrayna hələ də buraxmır. Gələn dəfə Tu-160 ilə uçacağam".

Qeyd edək ki, TU-160 Rusiya hərbi hava qüvvələrinin yüksək sürətli strateji bombardıman təyyarəsidir, Qərbdə ona "Blackjack" deyirlər.

Rogozinin mesajı diplomatik gərginliyə səbəb olub, Rumıniya Moskvadan Rusiya rəsmisinin təhdidlərinin izahatını tələb edib. “Cənab Rogozin-in qeydləri Rusiya Federasiyasının Avropa İttiifaqı və NATO-nun üzvü olan Rumıniyaya rəsmi münasibətini əks etdirirmi?” – deyə Rumıniyanın Xarici İşlər Nazirliyinin notasında sual edilir.

Buxarest bildirib ki, “onun qənaətinə görə, hazırkı regional kontekstdə Rusiya baş naziri müavinin strateji bombardmançı təyyarədən istifadə barədə dedikləri çox ağır bəyanatdır”. Notada vurğulanır ki, Rusiya Ukraynanın suverenliyini pozub və bu ölkədəki ruisyapərəst separatçılar qarışıqlıq yaradırlar”. Rumıniya bir daha yada salıb ki, o, Rusiyaya qarşı Avropa sanksiyalarına riayət edir.

Rogozin Krım işğalına görə Avropa İttifaqı və ABŞ tərəfindən sanksiyalar tətbiq olunan Rusiya rəsmilərdinən biridir. Ona görə də mayın 9-da Moldovanın separatçı Dnestryanı ərazisindən Moskvaya uçarkən Rumıniya onun təyyarəsinə öz hava məkanından keçmək icazəsi verməyib. “Qara siyahı” göydə də işləyir

Ukrayna da həmçinin Rusiyanın hərbi sənayesinə kuratorluq edən Rogozinin təyyarəsini öz hava məkanına buraxmaqdan imtina edib.
Xəbərlərə əsasən, qadağaya baxmayaraq Rogozinin təyyarəsi havaya qalxıb, lakin Ukrayna hərbi qırıcıları tərəfindən Moldovanın paytaxtında yerə enməyə məcbur edilib. Moldova rəsmiləri təyyarənin yükündən Denstryanı sakinlərinin separatçı regionun Rusiyaya birləşməsi haqda imzalarını müsadirə edib.

Rogozin yazır ki, müsadirə olunanlar imzaların ancaq bir qismidir, onların əsas hissəsi Moskvaya çatdırırlıb. Rogozin Moldovanı da hədələməyi unutmayıb, bildirib ki, onun bu hərəkətləri Rusiya ilə münasibətlərdə öz əksini tapacaq.

Qərb mətbuatı yazır ki, Avropanın ən yoxsul ölkələrindən biri olan Moldova Avropa İttifaqı ilə sıx bağlara can atır. Avropa İttifaqı ötən aydan öz sərhədlərini moldovalılara açaraq vizasız rejim tətbiq edib.

Rusiya isə keçmiş sovet ölkələrinin Avrointeqrasiya cəhdlərini qısqanclıqla qarşılayır. Ukraynada Avromaydan hərəkatı başlayanda Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, Avropa inteqrasiyası "bu ölkələrin mənafelərinə ziddir".

Bu arqumentdən növbəti dəfə istifadə etmək üçün Rogozinə çox da gözləmək lazım gəlməyib. Mayın 10-da Eurovision mahnı müsabiqəsində seksual azlıqların nümayəndəsinin qalib gəlməsi xəbəri haqda şərhində yazıb:

"Avroviziya Avrointerasiya tərəfdarlarına onların Avrogələcəyini nümayiş etdirdi - saqqalı qız"

Günün bütün mövzuları

XS
SM
MD
LG