Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:16

►"Kommersant" qəzeti: “Sifariş etdikləri texnika hazırlanıb və gətirilib. Lakin hələlik limanda dayanıb."

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana qəfil səfəri ilə bağlı mətbuatda müxtəlif fikir və mülahizələr səslənir. Onun prezident İlham Əliyevlə danışıqlar aparacağı bildirilir.

“Turan” Rusiyanın “Kommersant” qəzetinə istinadən bildirir ki, D.Roqozinin səfərinin əsas mövzusu iki ölkə arasında hərbi-texniki əməkdaşlığın nizamlanmasıdır.

“Enerji resurslarının qiymətinin enməsi ilə əlaqədar Bakı öncə bağlanmış silah müqavilələrinə görə ödəniş edə bilmir. Azərbaycan tərəfinin Rusiyanın Ermənistana silah göndərməsi məsələsini də qaldıracağı istisna olunmur” - deyə rus qəzeti yazır.

Qəzetin məlumatına görə, D.Roqozindən başqa “Rosoboroneksport” və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəliblər:

“Səfər öncədən planlaşdırılmayıb. İxrac müqavilələri ilə bağlı çətinlik yaranıb. Bunları da yüksək səviyyədə həll etmək lazımdır. Öncə hərbçilərlə, sonra prezident İlham Əliyevlə görüş gözlənilir.

______________________________________________________________

Bunlara da bax

______________________________________________________________

Söhbət bir neçə il öncə bağlanmış silah müqavilələrinə görə ödənişdən gedir” - yazan “Kommersant” mənbələrinə istinadən bildirir ki, neftin qiyməti endikdən sonra Azərbaycanda ödənişlə bağlı problem yaranıb:

“Sifariş etdikləri texnika hazırlanıb və gətirilib. Lakin hələlik limanda dayanıb. Yükün boşaldılmasını və vəziyyətin həllini gözləyirlər”

Dmitry Rogozin

Dmitry Rogozin

2010-2014-cü illərdə Bakı Rusiyadan iki divizion С-300ПМУ-2 sistemi, bir neçə "Тор-2МE" kompleksi, yüzə yaxın döyüş və nəqliyyat vertolyotu alıb.

Bundan başqa ən azı 100 ədəd Т-90С tankı, 100 ədəd БМП-3, 18 "Мста-С" artilleriya qurğusu və bir o qədər ТОС-1А sistemi də alınan silahlar sırasındadır.. Bu paketin ümumi dəyəri 4 milyard dollar həcmində qiymətləndirilib. Müqavilələrin böyük hissəsi yerinə yetirilib.

“Moskva ödəniş məsələsini müzakirə edərək razılığa gəlmək niyyətindədir. Belə ki, qiyməti ödənilməyən məhsullar başqa ölkələrə satıla bilər” - “Kommersant” yazır.

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin martın 2-i gecə saatlarında Bakıya gəlib.

Buna da bax...

Şərhləri göstər

XS
SM
MD
LG