Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:35

►Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (IAAF) bildirib ki, geniş yayılmış dopinq hallarına görə Rusiyaya qarşı saksiyalar tətbiq etməyi nəzərdən keçirəcək.

Bu baş verərsə Rusiya idmançıları beynəlxalq yarışlara buraxılmaya bilər.

Təşkilatın prezidenti Sebastian Coe bu bəyanatı Ümumdünya Antidopinq Agentliyinin (WADA) komissiyasının hesabatı dərc olunandan sonra verib.

Hesabatda Beynəlxalq Atletika Federesiyaları Assosiasiyasına tövsiyə olunur ki, Rusiya atletlərini yarışlara buraxmasın. Bundan başqa beş rusiyalı atletin ömürlük yarışlara buraxılmaması və Rusiyanın antidopinq agentliyinin fəaliyyətinin dayandırılması tövsiyə olunur.

Coe bu hesabatı “narahatedici” adlandırıb.

Noyabrın 9-da WADA-nın adı çəkilən komissiyasının rəhbəri Dick Pound Cenevrədə deyib ki, belə görünür ki, Rusiyanın “dövlət tərəfindən dəstəklənən” dopinq proqramı var.

O qeyd edib ki, vəziyyət “biz düşündüyümüzdən də pisdir” və 2012-ci il London Yay Olimpiadasında atletika yarışları bu və ya digər dərəcədə “sabotaj olunmuşdu”.

Buna da bax: Elza Seyidcahanın aksiyasını pozmaq istəyiblər...

Pound əlavə edib ki, Rusiyanın İdman Naziri Vitaly Mutkonun Rusiya idmançılarının istifadə etdiyi dopinqdən “xəbərsiz olması” qeyri-mümkündür. O bu məsələdə Federal Təhlükəsizlik Xidmətinin (FSB) əli olduğunu da deyib.

IAAF-in Rusiya idmançılarına qarşı hər hansı qadağası onların gələn il keçiriləcək Rio de Janeyro Yay Olimiya Oyunlarında iştirakını sual altına ala bilər.

Adıçəkilən beş idmançı arasında 2012-ci il Olimpiadasının bir qızıl medalçısı da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG