Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:23

İran mediası “Rushdie-nin başına qoyulan mükafatı” artırdı


Salman Rushdie və onun fətvaya səbəb olmuş kitabı
Salman Rushdie və onun fətvaya səbəb olmuş kitabı

İranın dövlət media qurumları Britaniya yazıçısı barədə 1989-cu ildə verilmiş ölüm fətvasının mükafatına 600 min dollar əlavə edib.

İranın dövlət media qurumları Britaniya yazıçısı Salman Rushdie barədə 1989-cu ildə verilmiş ölüm fətvasının mükafatına 600 min dollar əlavə edib.

Yazıçının öldürülməsi üçün fətvanı İran İslam İnqilabının banisi Ayətullah Ruhollah Khomeini onun çap etdirdiyi “Şeytan ayələri” kitabına görə vermişdi.

Bu fətvada müsəlmanlara “kafirin öldürülməsi” əmr edilmiş, bunun ardınca Rushdie illər boyunca gizlənməyə məcbur olmuşdu.

İranın sərt xətt tərəfdarları bildirirlər ki, Khomeini-nin fətvası geriyə oxuna bilməz və imamın ölümündən sonra da əbədi sayılır.

Zəngin dini təşkilatlardan biri fətvanın icrası üçün 2, 7 milyon dollar mükafat qoymuş, 2012-ci ildə bu məbləğ artırılaraq 3, 3 milyon dollara çatdırılmışdı.

İndi isə yarımrəsmi Fars xəbər agentliyi mükafat kisəsinə pul qoymuş daha 40 media qurumunun siyahısını dərc edib. Agentlyin öz “töhfəsi” 30 min dollar olub.

Fətvapulu kibernetika sərgisində toplanır

“Media qurumları fətvanın 27-ci ildönümü ərəfəsində bu fətvanın əbədilyini isbat etmək üçün mükafata daha 600 min dollar əlavə edib” – deyib pul toplanmasının təşəbbüsçüsü və təşkilatçısı Mansour Amiri Reuters agentliyinə.

Amiri Serac Kiberkainat Təşkilatının başçısıdır və bu qurumun İnqilab Keşikçilərinin Bəsic könüllü polisinə bağlı olduğu xəbər verilir.

İran qadınları Khomeini-nin fətvasına dəstək aaksiyası keçirirlər. 1989-cu il.
İran qadınları Khomeini-nin fətvasına dəstək aaksiyası keçirirlər. 1989-cu il.

Mansour Amiri pulun toplanması üçün kibertexnologiyaların sərgisini təşkil edib.

Rushdie-nin nümayəndəsi bildirib ki, yazıçının bu xəbərlə bağlı heç bir şərhi yoxdur.

1998-ci ildə İranın o zamankı islahatpərəst prezidenti Mohammad Khatami demişdi ki, Rushdie doqquz il müddətində gizləndikdən sonra fətva qüvvəsini itirmiş sayıla bilər.

Bu kitabı yapon dilinə tərcümə etmiş şəxs 1991-ci ildə bıçaqlanaraq öldürülmüş, kitabın çapı ilə hər hansı şəkildə bağlı olan adamlar hücumlara məruz qalmışdılar.

İranın daxili məsələsi

Üstəlik 2005-ci ildə Khomeini-nin davamçısı, ali rəhbər Ali Khamenei bəyan etmişdi ki, fətva hələ də qüvvəsində qalır.

Hazırda dünya gücləri ilə nüvə sazişinin imzalanmasından sonra İran üzərindən beynəlxalq sanksiyaların qaldırıldığı bir vaxtda, mötədil prezident Hassan Rouhani Tehranın Qərb tərəfindən təcrid olunmasına son qoymağa çalışır.

Bununla belə, Khamenei-nin mühafizəkar müttəfiqləri ehtiyat edirlər ki, İranın Qərbə açılımı və daha yaxın münasibətləri onların nüfuzunu zəiflədə və nəticədə İslam inqilabının legitimliyini şübhə altına sala bilər.

Nüvə sazişi ümumilikdə İran daxilində, xüsusən də seçki ərəfəsində mühafizəkarlarla mötədillər arasında yeni qarşıdurmanın yaranmasına səbəb olub.

İran siyasətinə gözətçilik edən ali orqan - Konstitusiyaya Nəzarət Şurası prezident Rouhani-nin minlərlə mötədil müttəfiqinin Milli Məclisə və Üləmalar Şurasına namizədliyini ləğv edib.

Paradoksal olanı budur ki, namizədlikləri ləğv edilənlərin arasında fətvanın müəllifi ayətullah Khomeini-nin nəvəsi də var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG