Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:44

Ruşaniyyə Hüseynova: «Heç kim mənə gül bağışlamağa cürət etmədi»


Ruşaniyyə Hüseynova
Ruşaniyyə Hüseynova
Bu dəfəki həmsöhbətimizi Azərbaycanın ictimai fikir müstəvisinə daha çox özünün iradəsindən kənar hadisə gətirdi desək yanılmarıq. Bir il əvvəl baş verən qətl hadisəsi bu xanımı təkcə Azərbaycanın tanınmış adamları sırasına salmadı, eyni zamanda onu dumana düşmüş bir həqiqətin axtarışına çıxmaq məcburiyyətində qoydu. Beləliklə, 2005-ci il martın 2-də qatlə yetirilmiş mərhum jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun həyat yoldaşı, «Bakinski Vedemosti» qəzetinin baş redaktoru Ruşaniyyə Hüseynova

- Elmarla harada tanış olmuşdunuz?


- Nəşriyyatda. Bir həftə idi ki, işə düzəlmək üçün nəşriyyata gedib – gəlirdim. Bir gün orada Elmarla tanış oldum. Bir həftədən sonra o mənə «Monitor»da işləməyi təklif etdi. Bir aydan sonra isə Elmar mənə öz ürəyini açdı.


- Bəs nə qədərdən sonra evləndiniz?


- 5 ildən sonra. Ona görə ki, bu 5 il ərzində Elmar 34 məhkəmə prosesini keçməli oldu, həbs edildi, məhbəsə salındı, «Monitor» dəfələrlə bağlanıb - açıldı. Təbii ki, bu şəraitdə evlənmək haqda fikirləşmək mümkün deyildi. Buna nə şərait, nə də imkan var idi.


"Azadlıq" radiosunun müxbiri İlqar Rəsulun Rüşaniyyə Hüseynova ilə müsahibəsi
- İkinci 8 Martdır ki, o, Sizi təbrik etməyəcək. Təbrik edənlər olurmu və nə hiss edirsiniz?


- Onu keçən il martın 2-də öldürdülər. Martın 8-də çoxları – hətta Elmarın işçiləri – kişiləri nəzərdə tuturam – həmişəki kimi xanımlara gül aldılar. Ancaq heç kim mənə gül bağışlamağa cürət etmədi. Bilirdilər ki, qəbul etməyəcəm. Mən sonra bildim. Gördüm ki, masanın üstündə bir gül qalıb. Artıq hədiyyə. Onu mənə sadəcə, bağışlamamışdılar. Başa düşürsünüz də. Mən anladım ki, yəqin ki, o gül mənimçün nəzərdə tutulub. Ancaq heç kim onu mənə bağışlamağa cəsarət etməyib.


- Qətli törədənləri saxlasalar, onlara münasibətiniz, reaksiyanız necə olar?


- Sifarişçiyə və icraçıya nifrət əlbəttə ki, aydındır. Onlara nəsə deməyə gəlincə, bilmirəm. Əlbəttə ki, mən o adamların gözlərinə baxardım. Amma inanmıram ki, mən o anı və o gözləri nə vaxtsa görəcəm. Mən bu məsələyə nikbin yanaşmıram...


ƏTRAFLI AUDİO HİSSƏDƏ


XS
SM
MD
LG