Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Sərhəddə saxlanılan rus hərbçisi Türkiyəyə keçmək istəyirmiş


Türkiyə ilə Ermənistanın sərhəd postu
Türkiyə ilə Ermənistanın sərhəd postu

ÜÇ GÜNDÜR HƏRBİ HİSSƏNİ TƏRK EDƏN HƏRBÇNİ İTİRİB-AXTARAN OLMAYIB

Erməni sərhəd kəndində saxlanılan rus hərbçisi «Türkiyəyə keçmək istəyirmiş»

Avqustun 3-də səhər saat 9-da Ermənistanın Şirak vilayətindəki Voskexask adlı sərhəd kəndinin sakinləri uniformada olan Rusiya hərbçisinə rast gəliblər.

Buna da bax: Ermənilər başa düşmək istəmirlər ki...

Hərbçinin silahsız olduğu bildirilir. Kəndlilər onu dərhal maşına oturdaraq, Rusiya hərbi bazasının yerləşdiyi Gümriyə aparıb və rusların sərhəd dəstəsinə təhvil veriblər. Sözügedən hərbçi kəndlilərə dirəniş göstərməyib. Voskexask kəndinin başçısı Azatutyun Radiosuna belə deyib.

KƏNDLİLƏRİ NƏ ŞÜBHƏLƏNDİRİB?

Kəndlilər Rusiyalı hərbçinin sənədlərini götürərək şəxsiyyətini öyrənməyə çalışıblar. Onun 1996-cı ildə doğulan və əslən Krasnodar vilayətindən olan Sergey Shilov olduğu müəyyənləşdirilib.

Buna da bax: Azərbaycan və Ermənistan ordularının qrafik müqayisəsi

Hərbçi Ermənistan-Türkiyə sərhədinin 400 metrliyində - düz sərhədə gedərkən yaxalanıb.

Shilov-u yaxalayan kəndlilər deyirlər ki, əvvəlcə onun silahlı olduğunu düşünüblər, ancaq sonradan belə olmadığını görüblər.

«Bu cavan oğlan gözümüzə şübhəli dəydi, bizim rayon sərhəddə yerləşir deyə, həmişə ayıq-sayıq olmağa çalışırıq... O, avtomobildə olsaydı, bəlkə də diqqətimizi çəkməzdi, - amma əsgər geyimindəydi. Çiynində aşırma çanta vardı. Bax bu, şübhə doğururdu». Kənd sakini Kamo Mnatsian belə deyib.

HİSSƏNİ 3 GÜNDÜR TƏRK EDƏN HƏRBÇİNİ İTİRİB-AXTARAN OLMAYIBMIŞ

Hərbçi Ermənistan-Türkiyə sərhədinin 400 metrliyində - düz sərhədə gedərkən yaxalanıb.

Yerli sakinlər hərbçiylə söhbətləşərkən, o, «Türkiyəyə getmək istədiyini», məhz bu məqsədlə kəndin yolunu tutduğunu söyləyib.

Erməni kəndlilər rus hərbçisinin sənəd və aşırma çantasını diqqətlə yoxlayıblar. O, kənd sakinləriylə söhbətində artıq 3 gündür hərbi hissəni tərk etdiyini etiraf edib.

Ermənistan Polisinin mətbuat xidmətindən Azatutyun Radiosuna deyiblər ki, Rusiya tərəfi yerli hüquq-mühafizə orqanlarına hər hansı hərbçini axtardığını bildirməyib.

Buna da bax: Britaniyalı jurnalist: «Ermənistan indi çətin vəziyyətdədir»

Voskexaskalılar Sergey Shilov-u Rusiya sərhəd bölüyünə təhvil verərkən, bir önəmli məqam ortaya çıxıb: «Təsəvvür edin, onu heç axtarmırmış...».

RUS HƏRBÇİLƏR HİSSƏNİ NİYƏ TƏRK EDİRLƏR?

Bir həftə öncə paytaxt Yerevanın «Respublika Meydanı»nda Rusiyanın bu ölkədəki 102 saylı hərbi bazasının hərbçisi yaxalanmışdı. Qısa araşdırmadan sonra onun bir neçə gündür itkin düşdüyü məlum olmuşdu. Ard-arda baş verən bu iki hadisə sadə vətəndaşların hərbi bazadakı durumdan şübhələnməsinə yol açıb:

Buna da bax: Çarın forpostu Gümri... (Qafqazda Rusiya bazalarının xəritəsi)

«Fikrimcə, bu hərbi bazada, ifadəmə görə üzr istəyirəm, it yiyəsini tanımır, fakt belədir», - bunu radionun əməkdaşı ilə söhbətdə kənd sakinlərindən biri söyləyib.

Yeri gəlmişkən, Rusiyanın 102 saylı hərbi bazasına giriş və çıxışı əlisilahlı hərbçilər qoruyur.

Buna da bax: Ermənistanda 1 ailəni öldürməkdə şübhəli bilinən əsgər yaxalanıb

Ötən ilin yanvarında Rusiya hərbi bazasının yerləşdiyi Gümridə erməni ailəsi qətlə yetirilmişdi. Yeddi üzvü öldürülən ailədə qətlə yetirilənlərin ikisi azyaşlı uşaq idi. Onların qətlində adıçəkilən hərbi bazada qulluq edən Valeriy Permyakov suçlanırdı. O, əlində silah, hərbi hissəni özbaşına tərk etmiş və sonra Ermənistan-Türkiyə sərhədindən bir qədər aralıda yaxalanmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG