Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:30

Antitürk köynəyi buraxmaq istədi, bu duruma düşdü


Rusiya - rus təyyarəsinin vurulmasına etiraz edən ruslar Türkiyə səfirliyi önündə aksiya keçirir. 25 noyabr, 2015

Rusiya - rus təyyarəsinin vurulmasına etiraz edən ruslar Türkiyə səfirliyi önündə aksiya keçirir. 25 noyabr, 2015

-

Rusiyada dövlət mediasının qızışdırdığı antitürk əhval-ruhiyyəsi davam etməkdədir. Türkiyənin Moskvadakı səfirliyi qarşısında nümayişlər keçirilir, səfirliyin binası yumurta və daş atəşinə tutulur.

Ruslar Su-24 bombardmançı təyyarəsinin türk qırıcıları tərəfindən vurulmasına çox qəzəbləniblər. Bir dizayner isə antitürk "futbolka"ları satmaqla yaxşı pul qazana biləcəyini düşünürmüş.

Amma işi çətinə düşüb.

Dizayner Yekaterina Dobryakova jurnalistlərə deyib ki, maykaların istehsalı Türkiyədə toxunmuş parçanı daşıyan yük maşınlarının sərhəddə dayandırılması səbəbindən dayanıb.

Onun sözlərinə görə, əgər o maşınlar nəhayət ki, Rusiyaya gəlib çıxsa üzərində antitürk yazıları olan maykaları buraxmaq mümkün olacaq.

Parça yüklü maşınların sərhəddə saxlanmasının Kremlin Ankaraya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalarla bağlı olub-olmaması aydın deyil.

Buna da bax: Bakıda icarə haqları kəskin düşür

Dobryakovanın dilemması Putini tənqid edənlər arasında gülüşə səbəb olub. Bir çox tənqidçilər iddia edirlər ki, Putinin məqsədi Rusiyanı xarici düşmənlərin hücumu qarşısında qalmış kimi göstərməklə elektoratın diqqətini hökumətin nöqsanlarından yayındırmaqdır. Müxalifət lideri Aleksei Navalny deyib ki, Dobryakovanın başına gələnlər “hər şeyi, son 16 il ərzində qurulmuş iqtisadiyyatın da, xarici siyasətin də real durumunu açıb-göstərmiş oldu"

Dobryakovanın dizayn etdiyi başqa bir maykanın üstündə ABŞ prezidenti Barack Obamanın şəkli və belə bir yazı var: “Prezident olmaq istəyirsən? Onda qaral.”

Rusiyada irqçilik haqda ətraflı burda oxu

Günün bütün mövzuları

XS
SM
MD
LG