Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Neft ölkəsində un növbələri yaranıb


Gurbanguly Berdymukhamedov
Gurbanguly Berdymukhamedov

Hakimiyyət Türkmənistan haqda çiçəklənən ölkə imici yaratmağa çalışsa da, yerli sakinlərin danışdıqları tamam başqa reallıqdan xəbər verir.

9 rayondan ibarət olan 1,2 milyonluq Daşoquz vilayətinin sakinləri yerli unu yalnız Gyorogly rayonundan ala bilərlər ki, bəziləri bunun üçün 200 kilometrlik məsafə qət eləməlidirlər.

Rəsmilər un qıtlığının Kyneurqenc un zavodunun müvəqqəti bağlanması ilə bağlı olduğunu deyirlər.

Amma yerli sakinlər AzadlıqRadiosunun türkmən xidməti ilə söhbətdə bunu inkar edir və vilayətdəki hər rayonda un üyüdən zavodların olduğunu deyirlər.

Taxıl anbarında işləyən bir nəfər bunun taxıl ehtiyatının azalması ilə bağlı olduğunu və bunun son 20 ildə ən pis göstərici olduğunu deyir.

İndi insanlar un dalınca Gyorogly rayonuna gedir. 50 kiloqramlıq unun qiyməyi təxminən 50 manatdır (14 dollardan bir qədər artıq).

Adamlar un almaq üçün şəxsiyyət vəsiqəsi təqdim eləməlidirlər.

Hər ailəyə yalnız 1 kisə un verilir. Unu çox asanca qonşu Qazaxıstandan da almaq olar, amma orda kisəsi 50 dollardan bahadır.

Maaşlar verilmir.

Sakinlər deyir ki, hələ bu azmış kimi 3 aydır maaş da verilmir.

Bankomatlarda isə pul yoxdur, olanda da cəmi 100 manat çıxarmaq olar.

Banklarda da camaata pul olmadığı bildirilir. Sakinlərdən birinin sözlərinə görə, yerli merlərdən biri ona xəbərdarlıq edib ki, əgər bir də şikayətlənsə, onu işdən qovacaq.

Həmçinin Balkan, Mary və Lebap vilayətlərində polislər, müəllimlər və tibb işçilərinə 2-3 aydır ki, maaş verilmir.

Bu vilayətlərin neft-qaz sektorunda çalışan onlarla sakini də 2-3 aydır ki, maaş ala bilmədiklərini deyirlər.

Müxalifyönlü “Xronika Turkmenistana” saytı isə bu arada dövlət dəmiryol idarəsində ixtisarlar aparıldığını yazır.

İlin sonunadək bu sahədə 30 faiz ixtisar gözlənilir.

Özü də bu, Qazaxıstan-Türkmənistan və İranı birləşdirən Şimal-Cənub dəmiryol xəttinin açılışından heç 2 il ötməmiş baş verir.

Aydındır ki, Türkmənistanın qaz ixracından böyük asılılığı ölkədə artıq iqtisadi problemlər yaradıb, amma vəziyyətin nə qədər çətin olduğunu demək olmur, çünki hakimiyyətin göstərdiyi rəqəmlər heç vaxt düz çıxmır. Xarici vətəndaşın ölkə daxilində düzgün informasiya alması isə faktiki mümkün deyil.

Hakimiyyət isə ölkədəki dəbdəbəli layihələri nümayiş etdirir.

Belə layihələrdən biri bu yaxınlarda Aşqabadda açılan yeni beynəlxalq hava limanıdır.

Bu layihə hökumətə 2,3 milyard dollara başa gəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG