Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:49

Həbsdə olan keçmiş müstəntiq ailəsi ilə danışıb


Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]

«Rüfət Səfərovun məhkəmə hökmündən ilkin şikayəti sentyabrın 14-də Şirvan Apellyasiya Məhkəməsinə təqdim edəcəyəm. Çünki, ola bilər ki, hakim qərarı gec versin, bizim sərəncamımızda isə cəmi 20 günlük müddət var».

Bunu AzadlıqRadiosuna bu yaxınlarda 9 il müddətinə azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərovun vəkili Bəhruz Bayramlı bildirib.

Vəkil məhkəmə qərarını qanunsuz sayır: «Tam qanunsuz, əsassız hökmdür. Bəlkə də, hələ, məhkəmə tarixində belə hal olmayıb ki, müttəhim son sözünü demədən ona hökm oxuyalar. Bunu da gördük».

R.Səfərovun özü də sentyabrın 13-də evləri ilə danışıb. Səhhətində hər hansı bir problemin olmadığını söyləyib.

Onun vəkili B.Bayramlı bu günlər bəzi saytlarda yayılan bir məlumatı da təsdiq edib. Bəzi yerli saytların xəbərinə görə, Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov bir müddət öncə məhz R.Səfərova yaxın olduğuna görə işdən azad edilib. Vəkil bildirib ki, A.Məmmədov R.Səfərovla davamlı əlaqə saxlayıb və bir neçə dəfə də görüşüblər.

A.Məmmədovun «15 dəqiqə işə gecikməsi» səbəbi ilə prokurorluq orqanlarından xaric edildiyi deyilir.

«Bu məsələnin indiyə qədər ictimailəşdirilməsini A.Məmmədov özü istəməyib. Odur ki, bu haqda danışılmayıb»,- deyə B.Bayramlı bildirib. Ancaq bu deyilənlərə, hələlik, Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Rüfət Səfərov sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbs cəzasına layiq görülüb.

Ötən il dekabrın 20-də o, ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlamışdı. Bundan dərhal sonra Zərdab rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.

Yanvarın 15-də isə R.Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş və o, həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

R.Səfərov hakim YAP-dan keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

XS
SM
MD
LG