Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:19

Britaniyada “Russia Today” kanalının bank hesabları bağlanıb


Russia Today telekanalının xəbər zalında

Russia Today telekanalının xəbər zalında

Briytaniya mətbuatl xəbər verir ki, Rusiyanın dövlət televiziya yayınçısı Russia Today telekanalının Birləşmiş Krallıqdakı bank hesabları dondurulub.

Televizya və xəbər şəbəkəsinin baş redaktoru Marqarita Simonyan Tvitter hesabından yazıb: “Bizim Birləşmiş Krallıqdakı hesablarımız bağlanıb. Bütün hesablarımız. Qərara yenidən baxıla bilməz. Yaşasın ifadə azadlığı!”

Russia Today telekanalının baş redaktoru Marqarita Simonyan

Russia Today telekanalının baş redaktoru Marqarita Simonyan

Russia Today Britaniya mətbuatına bildirib ki, aktla əlaqədar NatWest bankı Rusiya yayınçısına məktub göndərib. Məktubda deyilir ki, RT bundan sonra onun müştərisi hesab olunmayacaq.

Bankın rəsmi məktubunda deyilir ki, qərar RT-nin hesablarının təftişindən sonra qəbul olunub.

Bu da əlavə edilir ki, NatWest-in daxil olduğu Royal Bank of Scotland banklar qrupu da RT-yə xidmət göstərməyəcək.

Marqarita Simonyan deyib ki, bu qərar onlar üçün gözlənilməz olub və bundan əvvəl banklardan heç bir xəbərdarlıq almayıblar.

Zaxarova da dilləndi…

Özünün Facebook səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yazıb: “Britaniya Avropa İttifaqını tərk etmək yolunda özünün ifadə azadlığını mühafizə etmək kimi öhdəliklərini də tərk edib”.

Zaxarova RT-nin bank hesablarının niyə bağlandığı barədə heç nə yazmayıb.

Bizim Birləşmiş Krallıqdakı hesablarımız bağlanıb. Bütün hesablarımız. Qərara yenidən baxıla bilməz. Yaşasın ifadə azadlığı!

Marqarita Simonyan deyib ki, son üç-dörd il ərzində Avropa İttifaqında RT-nin fəaliyyətinə ən müxtəlif əngəllər yardılıb.

Baş redaktor əmin edib ki, RT-nin yayını fasiləsiz olaraq davam etdiriləcək.

Bundan əvvəl Russia Today Ukrayna hadisələrinin işıqlandırılmasında qərəzli yanaşmasına görə Britaniyanın rəsmi orqanları tərəfindən sanksiyalarla üzləşmişdi.

Bu ilin əvvəllərində televiziya və xəbərlər şəbəkəsi Suriyadakı Rusiya təyyarələrinə dair reportajları senzura etdiyinə görə tənqid edilmişdi.

RT Rusiya hökuməti tərəfindən maliyyələşdirilir və onun xarici dillərdə yayınlanan verilişləri Moskvanın apardığı siyasətin təbliğinə həsr olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG