Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:26

Bir vaxtlar braziliyalıların 92 faizinin etimadına malik ilk qadın prezident Dilma Roussef iqtisadi böhranla əlaqədar dəstəyini itirməyə başlamışdı

Braziliya Konqresinin aşağı palatasında keçirilən impiçment səsverməsində prezident Dilma Rousseff ciddi məğlubiyyətə uğrayıb.

Prezidentin impiçmenti üçün minimum 342 millət vəkilinin səs verməsi lazım idi.

Parlamentdə hakim partiyanın lideri Jose Guimarães məğlubiyyəti qəbul etsə də, bildirlib ki, “indi mübarizə məhkəmələrdə, küçələrdə və senatda davam edəcək”.

Xəbər verilir ki, parlamentdə 342-ci səsin sayılması ilə, müxalifətin himninə çevrilmiş futbol şüarı “Eu sou Brasileiro” sədalarının ucalması bir olub. Prezidentin tərəfdarları isə “çevriliş, çevriliş” deyə qışqırırdılar.

Televiziya ilə translyasiya olunan bu səsverməyə milyonlarla insan tamaşa edirdi.

İndi söz Senatındır

Aşağı palatının impiçment qərarına yaxın həftələrdə senat səs verməlidir. 2002-ci ildən hakimiyyətdə olan İşçi Partiyasının nümayəndəsi Rousseff indi 180 gün müddətində səlahiyyətlərinin icrasından uzaqlaşmalı olacaq.

Bir sıra təhlilçilərin qənaətinə görə, Roussef-in impiçmenti mühafizəkarların qələbəsi sayıla bilər, lakin prezident geniş kütlələr arasında populyarlığını itirməkdə idi.

Qərb mətbuatı yazır ki, impiçmentə səs vermiş bir çox millət vəkilləri korrupsiya əməllərində ittiham olunur.

“The Guardian” yazır ki, impiçmenti dəstəkləyən deputatların 150-si barədə cinayət işləri onların toxunulmazlığına görə qaldırla bilmirdi.

Lakin buna baxmayaraq, bir vaxtlar braziliyalıların 92 faizinin etimadına malik ilk qadın prezident iqtisadi böhranla əlaqədar dəstəyini itirməyə başlamışdı.

Son rəy sorğusunda onun öz postunda qalmasına rəyi soruşulanların yalnız 10 faizi səs vermişdi.

Rousseff hökumətin maliyyə hesabları ilə manipulyasiya etməkdə ittiham edilsə də, ona qarşı heç bir korrupsiya iddiası irəli sürülməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG