Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:43

"Messi güclüdü, yoxsa Ronaldo?" davası. Dost dostu öldürdü


Cristiano Ronaldo və Lionel Messi
Cristiano Ronaldo və Lionel Messi

-

Kim daha yaxşı futbolçudur: "Barselona"lı Lionel Messi, yoxsa "Real Madrid"li Cristiano Ronaldo?

Bu mübahisə təkcə mütəxəssislər arasında getmir.

Nigeriyada bu mübahisə zəminində dost dostu öldürüb.

Britaniyanın "Telegraph" qəzeti yazır ki, Hindistanın Mumbay şəhərində bir ad günü partisində iki nigeriyalı dostun mübahisəsi bir dostun digərini öldürməsi ilə nəticələnib.

Michael Durumchukwa adlı 34 yaşlı kişinin mübahisə zəminində dostu Nwabu Chukwumanın üstünə şüşə stəkan atdığı bildirilir.

Stəkan 22 yaşlı Chukwumaya dəyməsə də o, qırılmış stəkanın bir parçasını götürüb onunla dostunun boğazını kəsib.

Hazırda o, polis nəzarətindədir.

Qeyd olunur ki, bu, Messi-Ronaldo mübahisəsinin zorakı cinayətə səbəb olduğu ilk hal deyil.

Buna da bax: "Formula 1"in start və finişi burda olacaq (Fotolar)

XS
SM
MD
LG