Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Məşhur braziliyalı futbolçu Ronaldo de Assis Moreira və ya qısaca Ronaldinho Bakıya gəlib. Onu Bakıya «Qəbələ»nin prezidenti Tale Heydərovun gətirdiyi bildirilir.

«Qəbələ» futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev modern.az-a bununla bağlı danışıb.

Ronaldinho-nun «Qəbələ» futbol klubu ilə əməkdaşlıq edəcəyi bildirilir.

«Bu gün (20 oktyabr) saat 16:00-da Bakı Olimpiya Stadionunda Ronaldinho ilə «Qəbələ» klubunun əməkdaşlığına dairmətbuat konfransı keçiriləcək. Konfransda bütün suallar cavablandırılacaq».

«Qəbələ»nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

«Barcelona», PSG və «Milan»ın sabiq futbolçusu Ronaldinho 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.

2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək «Qızıl top» mükafatını qazanıb.

FIFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib. O, bu il martın 21-də 37 yaşına keçib.

XS
SM
MD
LG