Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:38

“Bir müddətdi Ronaldinho-nun Bakıya səfərini planlaşdırırdıq. Onun üçün yalnız bu gün imkan oldu. Bu səfərin baş tutmasına sevinirik”.

“Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov oktyabrın 20-də Bakıda braziliyalı futbolmu Ronaldinho ilə birgə mətbuat konfransında belə deyib.

Mətbuat konfransı ünlü braziliyalının Bakı səfəri ilə bağlı təşkil edilib. Konfransda bildirilib ki, “Qəbələ” futbol klubu Ronaldinho ilə birlikdə layihə həyata keçirməyə hazırlaşır. Futbolçu “Ronaldinho Soccer Academy”-nin açılışında iştirak edəcək.

Buna da bax:​ Ronaldinho-nun Bakıya gəlmə səbəbi məlum oldu

APA-nın xəbərinə görə, T.Heydərov daha sonra deyib:

“Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq. Ronaldinho akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında özü iştirak edəcək”

Azərbaycan haqda çoxlu yaxşı sözlər eşitdiyini deyən Ronaldinho isə Bakıda olmaqdan məmnunluğunu ifadə edib.

“Bir neçə ay əvvəl “Qəbələ” ilə futbol məktəbimin Azərbaycanda açılması barədə danışıqlara başladıq. Bakıya dünən gecə saatlarında çatmışam. Hava limanından çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox bəyəndim. Bu gün də bura gəlmişəm. Tədbirdən sonra şəhərlə tanışlıq imkanım olacaq”, futbolçu deyib.

Buna da bax:​ Messi 5 yaşlı əfqan fanatına forma göndərdi- [Video]

O daha sonra qeyd edib ki, öz biliklərini uşaqlara da öyrətmək istəyir:

“Allah mənə istedad verdi. Hamıdan çox məşq edirdim. Bu da bəhrəsini verdi və bütün titulları qazandım”

Sevimli futbolçusunun argentinalı Messi olduğunu deyən Ronaldinho özünü Pele və Maradona ilə müqayisə də edib.

“Əslində mən elə Pele və Maradona səviyyəsindəyəm... Düzü, hamının məni sevdiyini deyə bilmərəm. Amma bəlkə də ona görə ki, gözəl futbol oynamışam, öz oyun stilim olub. Bu yaşımda oynaya bilərəmmi? Niyə də yox?! Hər şey ola bilər. Həyatım futbol meydanında və kənarda göz qabağında olub. Gizlədiləsi bir şey yoxdur. Hamısı necə oynadığımı bilir”, futbolçu bildirib.

Buna da bax:​ Ronaldo dünyada üçlüyə düşdü

Ronaldo de Assis Moreira və ya qısaca Ronaldinho son vaxtlar Hindistanda futzal idmanında bacarığını sınayıb. O, dekabrda karyerasına son qoyub-qoymayacağı haqda qərar verəcəyini söyləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG