-
Roma papası Francis (Franciscus) «Instagram» hesabı açıb.
Papa istifadəçi adı kimi elə öz adını seçib. @franciscus profili qısa zamanda maraq doğurub.
Hazırda Papanın «Instagram»da 1.8 milyon izləyicisi var və bu rəqəm artmaqdadır. Sosial şəbəkəyə qoşulduğu vaxtdan bəri Francis 7 foto paylaşıb. Onun hər fotosuna yüz minlərlə bəyənmə, minlərlə şərh gəlir.
«Mən sizinlə birgə Tanrının rəhmət və mərhəmətinə üz tutub irəliləmək istəyirəm» deyən Papa daha öncə «Twitter»də də hesab açıb. Bu sosial şəbəkədə onun milyonlarla çox fəal izləyicisi var.