Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:08

Roma Papası Francisin səfəri başa çatıb [video]


Roma Papası Francisin rəsmi qarşılanma mərasimi. 02 okt. 2016
Roma Papası Francisin rəsmi qarşılanma mərasimi. 02 okt. 2016

Oktyabrın 2-də Roma Papası Francis Tbilisidən Bakıya gəlib. H.Əliyev adına hava limanında onu baş nazirin birinci müavini Yaqub Eyyubov və başqa rəsmi şəxslər qarşılayıb.

Roma Papasının Bakıya səfəri başlayıb
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Canlı buradan izlə

Oktyabrın 2-də Katolik kilsəsində Roma papası Francisin iştirakı ilə dua mərasimi olub. Mərasimdə Azərbaycandakı xristian icmaların nümayəndələri iştirak edib.

* * *

Roma Papası Francis Bakıdakı Katolik Kilsəsində hərarətlə qarşılanıb

“Sizdən xahiş edirik ki, bizimlə birlikdə Qafqazda barışıq və sülh üçün dua etməyə davam edəsiniz”.

Buna da bax:​ Papa: 'Dinc yaşamaq əsas sərtdir'

Azərbaycan Apostol Prefekturasının möminləri, keşişləri, rahib və rahibələri adından Roma Papasına Azərbaycana səfər etdiyinə görə ünvanlanan təşəkkürdə belə deyilir.

Təşəkkürü Bakıdakı Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete oxuyub.

Papa Francis isə onlara insanlara xidmət etmək üçün həyata keçirdiyi işləri davam etdirməyi tövsiyə edib.

Buna da bax: Roma Papası: Mən 'Katolik Tanrısı'na inanmıram

Papa kilsənin həyətinə toplaşanları salamlayıb, əlini bəzilərinin başına qoyub.

Kilsə xoru dini mahnı səsləndirib. Sonra Poma Papası və dindarlar xaç çevirib Tanrıya dua oxuyublar.

Roma Papası Bakıda "Salam əsgər" dedi
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

Daha sonra tövbə mərasimi keçirilib. Papa dindarları tövbə etməyə çağırıb. Kilsə himninin ifasından sonra Roma Papası və dindarlar ürəklərində dua ediblər.

Papa Francis giriş duası oxuyub, moizə edib. İncildən sitatlar gətirib, dünyaya sülh və ədalət mesajları verib.

Buna da bax:​ Katolik icması Papanı belə qarşıladı

Moizə qurtardıqdan sonra dindarlar ibadətə başlayıb. Sonra xristianların İsa Məsihə və öz din qardaşlarına ibadət etməyə hazır olduqlarını göstərən yevxaristiya liturgiyası başlanıb. İsa Məsihin cismini və qanını təcəssüm etdirən çörək və şərab gətirilib.

"Bəlkə kimsə mənim 600-700 imanlı üçün Azərbaycana səfərimin vaxt itkisi olduğunu fikirləşir".

APA-nın məlumatına görə, bunu Roma Papası Francis Bakıdakı Katolik kilsəsində dua mərasimində çıxışında deyib. Roma Papası deyib ki, buraya gəlməsi üçün pul xərclənir: "Amma bura təkmillətli, təkdinli cəmiyyət deyil. Siz burada ingilis, ispan, rus, Azərbaycan dillərində danışırsınız.

Bəzən demək olar ki, bu cəmiyyət kilsənin kənarında qalır. Bu mənada Roma Papası Müqəddəs Ruha oxşamaq istəyir. Müqəddəs Ruh Yerusəlim şəhərində balaca bir cəmiyyətdə göydən yerə endi. O vaxtlar Yerusəlim də kilsədən kənarda idi. Bir anda bu qapılar açıldı. İndi Roma Papası Müqəddəs Ruh kimi vaxt itirir. İki şey çox vacibdir. Heç vaxt ananı unutmamaq və qorxmadan irəli getmək"...

Mərasimdə hədiyyələr təqdim olunub.

Ayin “Ave Mariya”nın sədaları altında başa çatıb.

* * *

Buna da bax: Papa 'işğal olunmuş torpaqlar' deyəcəkmi?

Bakıda səfərdə olan Roma Papası Francisin rəsmi qarşılanma mərasimi olub.

Prezident İlham Əliyev Papa Francisi qarşılayandan sonra Müqəddəs Taxt-Tacın və Azərbaycanın himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Roma Papası Francisə, Müqəddəs Taxt-Tacın nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

* * *

Papa Francisin İlham Əliyevlə görüşü

“Sizin Azərbaycana səfəriniz Vatikan-Azərbaycan əlaqələri, eyni zamanda sivilizasiyalararası dialoq üçün böyük əhəmiyyət kəsb edir".

Bunu prezident İlham Əliyev Roma Papası Francislə görüşündə deyib: “Sizin səfəriniz tarixi bir səfərdir. Çox təşəkkür edirəm ki, dəvətimi qəbul edib Azərbaycana səfər etdiniz. Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşayır". (APA)

“Biz hazırda sizin qədim torpaqlarınızdayıq. Bilirəm ki, sizin ölkədə dini azadlıqlar tam təmin edilib”. Bunu isə Roma Papası Francis deyib. O, Azərbaycan prezidentinin Vatikan səfərini xatırladaraq, bu səfərə görə təşəkkürünü bildirib: “Azərbaycanda mənə göstərilmiş səmimi qəbula görə minnətdaram. İndiki dövrdə xüsusilə Avropa dövlətlərində mənəvi və mədəni zənginliklər çox böyük əhəmiyyət kəsb edir. Bu, insanlar üçün vacibdir. Biz əlaqələrimizin məhsuldar olduğunu deyə bilərik”.

Prezidentlə görüşdən sonra Papa Francis Şəhidlər Xiyabanını ziyarət edib.

O “Əbədi məşəl” kompleksinin önünə əklil qoyub.

* * *

Bundan sonra Heydər Əliyev Mərkəzində Roma Papası hökumət, ictimaiyyət və diplomatik korpus nümayəndələri ilə görüşüb.

"Bu səfər göstərir ki, dinlərarası dialoq yaşayır. Vatikan muzeylərində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş sərgi keçirilib. İlk dəfə müsəlman bir ölkə ilə bağlı belə tədbir olub".

Bunu prezident İlham Əliyev Roma Papası Francisin Heydər Əliyev Mərkəzində keçirdiyi görüş zamanı deyib. (APA)

Prezident deyib ki, əsrlərlə Azərbaycanda xalqlar sülh, əmin-amanlıq şəraitində yaşayıb: "Azərbaycan həmişə Şərqlə Qərb arasında coğrafi, mənəvi körpü rolunu oynayıb. Ən böyük məscidlərdən biri olan Şamaxı məscidi, qədim Alban kilsəsi, o cümlədən Abşeronda atəşkəs məbədi yerləşir. 2008-ci ildə Bakıda katolik kilsəsi açılıb. Bakıda katolik kilsəsi 1912-ci ildə inşa edilib, ancaq 1934-cü ildə sovet hakimiyyəti tərəfindən digər dini abidələr kimi dağıdılıb. Müstəqil Azərbaycan dövləti qərar qəbul etdi ki, katolik kilsəsi yenidən tikilsin. Bu gün Roma Papası həmin kilsədə dini ayin keçirdi. Biz tarixi ədalətsizliyi aradan qaldırdıq".

Papa: “Çalışmalıyıq ki, insanların azadlığı bərqərar edilsin”

“Arzu edirəm ki, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın".

Bunu Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşdə çıxış edən Roma Papası Francis deyib.

Roma Papası bildirib ki, dinlər hər hansı etnik və ideoloji mənsubiyyət zorakılığının əleyhinədir. (APA)

Roma Papası bildirib ki, dünyada hazırda çoxsaylı münaqişə yaşanır: "Bu cür təhlükəli meyllərə qarşı qətiyyətlə mübarizə aparmaq üçün sülh mədəniyyətini inkişaf etdirməliyik. Bu dialoqun aparılması üçün bütün işlərə səbirlə yanaşmalıyıq. Bu gün ahəngdarlıqdan söhbət gedirsə, dövlətlərarası əlaqələrdə də müdrik addımlar atmalıyıq. Çalışmalıyıq ki, insanların azadlığı bərqərar edilsin. Bu halda sülh təmin olunur. Azərbaycana gəlincə, səfərin ilk dəqiqələrindən anladım ki, nə qədər insan qanlı münaqişədən əziyyət çəkir. Arzu edirəm ki, beynəlxalq ictimaiyyət bunu daimi diqqətdə saxlasın və yardım göstərsin. İstərdim ki, bölgədə sülh bərqərar olsun. Arzu edirəm ki, həll variantı tapılsın, Tanrının yardımı ilə dialoq və danışıqlar vasitəsi ilə Qafqaz regionunda münaqişələr həllini tapsın. Qərblə Qərbin qovşağında sülh bərqərar olsun. İstərdik ki, bu qapı hər zaman sülhün üzünə açıq olsun".

* * *

Bundan sonra Roma Papası Heydər məscidinə gedib.

O burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşəcək.

Bundan sonra Roma papasının Heydər məscidində ölkənin digər dini icmalarının nümayəndələri ilə dinlər arası görüşü olacaq.

Buna da bax: Roma Papası II İohan Pavel Bakı Katolik Kilsəsində yad edildi

* * *

"Sizin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norması çərçivəsində ədalətli həllinə səy göstərəcəyinizə ümidvarıq".

APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Roma Papası Francislə Azərbaycanda fəaliyyət göstərən dini icma liderlərinin görüşündə deyib:

“Sizin dünyanı narahat edən məsələlərə tənqidi münasibətiniz, miqrant problemi ilə bağlı qınağınız, terrorun səbəblərini pisləyərək İslam dininin adının terrorla yanaşı çəkilməsinə etirazınız, ksenefobiya hallarına qarşı qətiyyətli çıxışlarınız böyük əhəmiyyət kəsb edir. Biz Azərbaycanda yaşayan müxtəlif konfessiya nümayəndələri bütün yüksək səviyyəli tədbirlərdə olduğu kimi sizinlə də görüşə birlikdə gəlmişik. Bu, Azərbaycanın gerçəkliyi, bizim adi həyat tərzidir. Dini müxtəliflik Azərbaycanın milli sərvətidir”.

Allahşükür Paşazadə deyib ki, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədaləti həllini istəyir:

“Münaqişəsjnin sülh yoluhəlli ilə bağlı dəfələrlə Ermənistanın dini lideri ilə bir araya gəlmişik. Birlikdə bəyan etmişik ki bu münaqişə dini münaqişə səciyyəsi daşımır”.

Bu görüşdən sonra Papa Francisin Bakıya səfəri başa çatıb.

Roma Papasının Azərbaycana səfəri «Hamımız qardaşıq» şüarı altında həyata keçirilir.

Roma Papası II Iohan Pavel ilk dəfə Bakıda 2002-ci ildə olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG