Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:19

“Borca düşmək istəməyən Roma meri” 2024-cü il Olimpiadasından imtina edir


Roma meri Virginia Raggi
Roma meri Virginia Raggi

İtaliya paytaxtı Roma 2024-ci ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək.

Roma meri bəyan edib ki, İtaliya paytaxtının bu qədər maliyyə çətinlikləri içində olimpiadaya ev sahibliyi etməsi məsuliyyəsizlik olardı.

Olimpiya komitəsi son ana qədər Beş Ulduz hərəkatından ötən iyunda mer seçilmiş Virginia Ragginin öz fikrindən dönəcəyinə ümid bəsləyirdi.

Roma olimpiadaya son dəfə 1960-cı ildə ev sahibliyi etmişdi. Şəhər maliyyə çətinliklərinə görə 2020-ci ilin Oyunlarına ev sahibliyi müraciətini geri götürmüşdü.

Bundan əvvəl Boston və Hamburq 2024-ci ilin Olimpiadasına ev sahibliyindən imtina edib.

Almaniya 1972-ci ildən bəri olimpiya oyunlarına ev sahibliyi etməyib. Hamburq şəhərinin ev sahibliyindən geri çəkilməsi qərarı isə referendumla qəbul olunub.

Lakin Paris, Los Anceles and Budapeşt ev sahibliyinə hələ də iddialıdırlar.

Bu şəhərlər öz namizədliklərini oktyabrın 7-dək təsdiq etməlidir.

Astar üzdən baha

İtaliya Olimpiya Komitəsinin prezidenti Giovanni Malago xanım Ragginin heç olmasa referendum keçirməyə razılıq verəcəyinə ümid edirdi.

Roma 2024 komitəsi “təəccüb və pərtlik” bildirən bəyanatla çıxış edib.

Komitə bildirib ki, Oyunlar Roma iqtisadiyyatına 1, 7 milyard dollar töhfə verə bilərdi.

Lakin xanım Raggi belə yanaşmanı qəbul etməyib.

"Biz bununla əslində Roma və İtaliya sakinlərini borc altına girməyə məcbur edirik. Biz bu təşəbbüsü dəstəkləmirik” – deyib mer.

Virginia Raggi bildirib ki, Roma hələ də 1960-cı il Olimpiadasının borclarını verib qurtarmayıb.

Romanın olimpiya rəsmiləri 2024-cü il Oyunları üçün 5, 3 milyard avroluq büdcə tutmuşdular. Onlar deyirdilər ki, yarışlar üçün meydançaların 70 faizi artıq mövcud olan komplekslərdədir.

1984-cü ildə Los Anceles Olimpiada üçün mövcud obyektlərdən istifadə etmiş və qazanc götürmüşdü.

Bu şəhərin 2024-cü il Olimpiadası üçün tutduğu büdcə 4, 52 milyard dollardır və gözlənilən gəlir 150 milyon dollardan artıq olmalıdır.

Lakin olimpiadaları keçirən əksər şəhərlər borca və ziyana düşüb.

2004-cü ildə Afinada keçirilmiş Olimpiada 9 milyard avroya başa gəlmişdi. Yunanıstan hazırda nəhəng borcun girdabındadır.

2016-cı ilin Rio Oyunlarına 12 milyard dolların xərcləndiyi təxmin edilir.

2012-ci ilin London Olimpiadası büdcədən üç dəfə bahaya – 8, 77 milyard funt sterlinqə başa gəlmişdi.

Buna baxmayaraq London Olimpiadası 10 milyard funt sterlinqə yaxın ticarət və investisiyaları cəlb etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG