Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:07

19 yaşlı qızı daş-qalaq edərək öldürdülər [Video]


Videoda ətrafa toplaşan kişilər qızı daşa basır, onun fəryadı eşidilir. Qızın 23 yaşlı nişanlısı isə asılıb. Talesiz gənclərin günahları bir-birinə qoşulub qaçaraq ailə qurmağa cəhd etmələri olub.

AzadlıqRadiosunun əfqan xidməti ötən həftə Qor əyalətində 19 yaşlı qızın daş-qalaq edilərək öldürülməsinin videosunu yayıb.

İki dəqiqəlik video görüntüdə ətrafa toplaşan kişilər qadını daşa basır, onun qışqırtısı eşidilir.

Yerli polis əməkdaşı Mohammad Aziminin oktyabrın 26-da AzadlıqRadiosuna verdiyi məlumata görə, Rokhsana adlı gənc qız oktyabrın 25-də öldürülüb. Onun 23 yaşlı nişanlısı isə asılıb.

Məlumata görə cütlük evlənmək üçün ailələrini tərk edibmiş.

Qor əyalətinin qadınlar üzrə nümayəndəsi Masooma Anwari əyalətdə qadın hüquqlarının bərbad vəziyyətdə olduğunu və yerli hakimiyyətin bu cür halların qarşısını almaqda gücsüz qaldığını deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG