Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:55

-

Almaniya alimləri robotların süni sinir sistemi üzərində çalışırlar. Məqsəd – robotların da ağrını hiss etməsidir.

BBC-nin xəbərinə görə, sistemi Hannoverdəki Leybniz Universitetinin araşdırmaçıları hazırlayıb.

Süni sinir sistemi robotların hər hansı zərbəyə, nasazlığa tezcə reaksiya verməsini təmin edəcək. Beləcə, onların hər hansı problemi az bir zamanda aradan qaldırılacaq. Robotlarla çalışan insanların təhlükəsizliyi də təmin olunacaq.

Sınaq üçün bir robot qola təzyiqi, temperaturu hiss edən sensor yerləşdirilib. Yüksək təzyiq və temperaturu hiss edincə, qol sıçramağa, çəkinməyə başlayır.

«BİR UŞAQ YIXILIB AĞRI DUYUNCA...»

Sözügedən sistem insan ağrıları əsasında hazırlanır. Araşdırmaçılardan Johannes Kuehn texnologiya dərgisi «IEE Spectrum»a açıqlamasında ağrının bizi qoruyan bir sistem olduğunu bildirir: «Ağrının qaynağından uzaqlaşaraq yaralanmanın önünü kəsirik».

Kembric Universitetinin robot texnologiyaları eksperti, professor Fumiya Lida da öyrənməyin sınaq və yanılmaya əsaslandığını deyir: «Bir uşaq yıxılıb ağrı duyunca, işini daha bacarıq və diqqətlə görməyə başlayır».

İnsan ağrılarını ötürən neyronlar kimi, süni sinirlər də robota yüngül, orta və ağır dərəcəli ağrı siqnalları ötürəcək və robot bu informasiyaya reaksiya verəcək.

XS
SM
MD
LG