Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:08

Yanğınsöndürən robot hazırlanıb


Yanğınsöndürən robot
Yanğınsöndürən robot

-

Avstraliyada yanğınları söndürmək üçün güclü bir robot hazırlanıb.

Robotu ötən cümə axşamı Sidneydə Təcili Xidmətlər naziri David Elliott, Yeni Cənubi Uels (NSW) ştatının Yanğın və Xilasetmə komissarı Greg Mullins təqdim ediblər.

«TAF 20» adlanan turbin dəstəkli robotdan Avstraliyanın Yeni Cənubi Uels ştatında istifadəyə başlanacaq.

Robot yanğınsöndürənlərin girməyi çətin olan təhlükəli yerlərə göndəriləcək.

Yanğınsöndürən robot 90 metrə qədər su sıxa bilir, 60 metrə qədər köpük və buxarı yaya bilir. «TAF 20» üstündəki nəhəng ventilyatorla otaqlardakı dumanı da asanca təmizləyir.

Robotun partlayış, tunel qəzası və digər hadisələr zamanı maneələri təmizləmək üçün buldozer bıçağı da var.

G.Mullins bildirib ki, dövlət bu robot üçün 222 min dollar ödəyib.

Bu texnologiya gözlənilən nəticəni verərsə, digər ölkələr də bənzər sistemdən yararlana bilərlər.

XS
SM
MD
LG