Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:13

İflicdən əziyyət çəkənlər hərəkətləri hiss edəcəklər


Obama Copeland-lə də salamlaşıb, söhbət edib.

Obama Copeland-lə də salamlaşıb, söhbət edib.

Amerikalı alimlər iflic olmuş insanlar üçün yeni robot əl hazırlayıblar.

İflic insan bu robotla öz barmaqlarına toxunuşu hiss edəcək.

«The Washington Post» yazır ki, Pittsburq Universitetinin mütəxəssisləri 30 yaşlı Nathan Copeland–in beyninə robotdan siqnalları qəbul edə bilən elektrodlar implantasiya ediblər. Bu yolla xəstə iflic əlinin barmaqlarına toxunanda onları hiss edib.

Nəticə bir neçə ay davam edən sınaqlarda dəfələrlə təsdiqlənib. Alimlərin bu yeniliyi imkan verəcək ki, iflicdən əziyyət çəkənlər əl və ayaqlarını tərpətməklə yanaşı, hərəkətləri hiss etsinlər.

ABŞ prezidenti Barack Obama da Pittsburqa səfəri zamanı yeni üsulun sınağını izləyib. O, həmin yeniliyi böyük uğur sayıb. Obama Copeland-lə də salamlaşıb, söhbət edib.

Qeyd edək ki, Nathan Copeland on il əvvəl avtomobil qəzası keçirib.

XS
SM
MD
LG