Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:07

Hərbə bu qədər pul xərcləməyə dəyərmi?


arxiv
arxiv

Azərbycan on milyardlarla dollar xərcləyib Ermənistan üzərində hərbi üstünlük qazanmışdı, Rusiya Ermənistana “İskander” raket kompleksi verməklə, üstünlüyü heçə endirdi. Hətta rusiyalı hərbi ekspertlər deyirlər ki, balans Ermənistanın xeyrinə pozuldu. Onda silaha bu qədər pul xərcləməyə dəyərmi?

Başqa tərəfdən, aprel ayında hərbi üstünlüyünə baxmayaraq Azərbaycan çox irəliləyə bilmədi, ya özü çəkindi, dayandı, ya beynəlxalq güclər dayandırdılar.

İstənilən halda, üstünlük olanda da bundan tam gücü ilə istifadə etmək mümün olmursa, bu üstünlüyü qazanmağa bu qədər pul xərcləməyə dəyərmi?

O pulu problemi başından aşan cəmiyyətin iqtisadi, sosial problemlərinə xərcləmək bəlkə Azərbaycanı daha güclü edər?

“20 MİLYARDDAN ARTIQ VƏSAİT XƏRCLƏNİB”

İqtisadçı ekspert İlham Şaban düşünür ki, Azərbaycan SSRİ-dən qalma ssenarini davam etdirir:

Ilham Şaban
Ilham Şaban

“Biz faktiki olaraq SSRİ-dən qalma ssenari ilə gedirik. Vaxtı ilə SSRİ Amerika ilə hərbi sahədə yarışa girirdi. Bu da ona gətirib çıxardı ki, hərbi texnologiyalarda, sonradan onun utilizasiyası və ümumiyyətlə iqtisadi sahədə gerilik nəticəsində məlum oldu ki, ümumiyyətlə o hərbiyə, yəni 1975-ci ildən yenidənqurmaya qədər sovet hökuməti 300 milyard dollar vəsait xərcləyib. Neftin qiymətinin 1973-cü ildən sonra 10 dəfə artması nəticəsində əldə etdiyi gəlirin böyük bir hissəsini hərbi sənayeyə və hərbə xərcləmişdi.

İndi Azərbaycana gələndə, yəni Azərbaycan 2005-ci ildən sonrakı dövrə nəzər salsaq, görərik ki, hərbə kifayət qədər xərc çəkib.

2008-ci ildən sonra bizim hərbi büdcəmiz 1,5-2 milyard manat arası olub. Və ümumiyyətlə 2000-ci ildən sonra biz 20 milyarddan artıq vəsait xərcləmişik. Biz bu vəsaiti xərcləyirik ki, Dağlıq Qarabağ probleminin həllində bir dönüş yaradaq və o itirilmiş ərazilərin geri qaytarılmasına nail olaq. Amma biz onu da müşahidə edirik ki, bizə həm Rusiya, həm Qərb, ümumiyyətlə bütün dünya faktiki olaraq bir şərt qoyur ki, bu münaqişənin hərb yolu yoxdur.

Onda çox paradoksal situasiya yaranır ki, bunun hərb yolu yoxdursa onda niyə biz buna vəsait xərcləyirik?...”(Ətraflı audioda...)

İlham Şaban: "SSRİ-dən qalma senari..."
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

RUSİYA İSTƏMİR Kİ, HƏRBİ GÜC AZƏRBAYCANIN TƏRƏFİNDƏ OLSUN.”

Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycan məcburdur ki, yeni növ silahlara pul xərcləsin:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Dağlıq Qarabağ münaqişəsi və ətraf torpaqların işğalı davam etdikcə məlum məsələdir ki, həm Azərbaycan, həm Ermənistan silahlanmağı davam edəcək. Aprel döyüşləri göstərdi ki, Azərbaycan bu istiqamətdə daha çox inkişafa nail olub. Modern silahları var və bu silahlardan hər zaman istifadə etmək qabiliyyətinə malikdir. Rusiyanın bir ara vasitəçilik təşəbbüsləri ortaya çıxdı.

Amma göründü ki, münaqişənin həllində Rusiyanın ciddi bir marağı yoxdur. Əksinə, Rusiya bu günlərdə Ermənistana “İskander” raketləri verdi. Ona görə ki, istəmir ki, hərbi güc Azərbaycanın tərəfində olsun. İstəmir ki, hərbi balans Azərbaycanın xeyrinə pozulsun.

Buna görə də Azərbaycan da məcburdur ki, yeni növ silahlara pullar xərcləsin. Düzdür indi Azərbaycanın gəlirləri azalıb. Gələn ilki büdcədə müəyyən problemlərin olacağı deyilir. Ancaq Azərbaycan hərbi xərcləri yüksək səviyyədə saxlamaq məcburiyyətindədir...”(Ətraflı audioda...)

Elxan Şahinoğlu: "Azərbaycan hərbə pul xərcləməyə məcburdur"
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

“AZƏRBAYCAN ÖZ MÜDAFİƏSİNİ TƏMİN ETMƏK ÜÇÜN LAZIM OLAN NƏ VARSA EDƏCƏK.”

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov isə bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan silah-sursat, texnika Ermənistandakından qat-qat üstündür:

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

“Mən o fikirlə tam razı deyiləm ki, bu gün qüvvələr balansı Ermənistanın xeyrinədir. Əvvəla bu gün Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan silah-sursat, texnika Ermənistanın silah-sursat, texnikasından həm müasirliyinə görə, həm də ki, keyfiyyət göstəricilərinə görə qat-qat üstündür.

Sentyabrın 21-də Yerevanda hərbi parad zamanı nümayiş etdirilən “İskander E" raket kompleksi heç də ermənilərin o bəh-bəhlə bütün dünyaya car çəkdiyi ən müasir o “İskander M” operativ taktiki raketlər deyil. Demirəm qeyri-ciddi silahdır. Bu da ciddi silahdır. Amma onun hədəfi vurmaq məsafəsi, imkanları “İskander M”-dən qat-qat zəifdir.

Amma Azərbaycanın bu gün Ermənistanla müqayisə oluna bilməyəcək qədər raket artilleriya qoşunlarının sərəncamında olan silahları var ki, o silahlar faktiki olaraq insanın varlığı ilə yoxluğunu bir saniyə içərisində həll edən silahlardır. O silahlardan hələ bir dəfə də olsun faktiki olaraq döyüşlərdə istifadə olunmayıb.

Azərbaycan öz müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün lazım olan nə varsa edir və bundan sonra da edəcək...”(Ətraflı audioda..)

Üzeyir Cəfərov:" Yerevanda göstərilən İskander M" deyil...
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG