Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:03

Beyin iflici, Parkinson (əsməcə) və bənzər xəstəliklərdən əziyyət çəkənlər «Obi» adlı robotu bəyənəcəklər.

Bu robotun (əslində robot əlin) ayrı-ayrı 4 yemək boşqabı var. Boşqablar doldurulunca, robotun uyğun düyməsinə toxunan istifadəçi özünü yedirə bilər.

Düymələrdən biri robot əlin yerini dəyişir, başqa bir düymə seçilən yeməyin olduğu boşqabın «boşaldılmasına» – xəstənin yedirilməsinə yardım edir.

ƏL-QOLU OLMAYANLAR...

İnterfeysi - ümumi görünüşü istifadəçinin imkanları müəyyənləşdirə bilər. Qurğunun üzərindəki yekə və parıltılı düymələr biləyini, bəzi barmaqlarını tərpədə bilmədiyindən dəqiq hərəkətləri bacarmayan insanlardan ötrüdür. Əlləri-qolları olmayanlar cihazı yerdə - ayaq barmaqlarıyla da işlədə bilər.

Robotun «Teach Mode» özəlliyi kənar şəxsin köməyi ilə istifadəçinin ağız yerini yadda saxlamaq imkanı verir.

Qurğunun qiyməti 4 min 500 dollardır (təxminən 7 min manat).

XS
SM
MD
LG