Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:08

«Biz Azərbaycanla, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə demokratiyanın inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatının inkişafı sahələrində, həmçinin təhsildə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq».

Bunu Naxçıvana səfər edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta AZƏRTAC-a açıqlamasında deyib.

Səfir onlarla azərbaycanlının təhsil mübadiləsi proqramından faydalanaraq, Amerikada təhsil aldığını, ABŞ-ın bununla kifayətlənmədiyini bildirib.

«Həm Azərbaycandan Birləşmiş Ştatlara, həm də Birləşmiş Ştatlardan Azərbaycana gələn insanların sayının artmasını, turizmin inkişaf etdirilməsini istəyirik», - səfir bildirib

Robert Cekuta Naxçıvanda təbiətin mühafizəsi, istehsal sahələrinin durumundan razılıq ifadə edib: «Dövlətlərin sərhədləri olsa da, təbiətin sərhədi yoxdur. Bu məsələ həmrəylik, birlik tələb edir. Təbiətin mühafizəsi hökumət nümayəndələri ilə cəmiyyət arasında olan sıx əməkdaşlıq və qarşılıqlı anlayış, ümumi məqsədlərə çatmaq naminə birgə səylər tələb edir. Çox gözəl haldır ki, Naxçıvanda biz bunu müşahidə etdik».

XS
SM
MD
LG