Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:49

ABŞ-dan təklif: «Danışıqları davam etdirin»


Robert Cekuta Kürdəmir hərbi bazasında.

Robert Cekuta Kürdəmir hərbi bazasında.

-

«Etiraf etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur».

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta deyib.

Səfir bildirib ki, ABŞ və digər ölkələri mövcud durum narahat edir: «Dövlət Departamentinin sözçüsünün, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədrinin dəfələrlə bəyan etdikləri kimi, biz tərəfləri yenidən bir araya gəlmək və hərtərəfli sülh sazişi istiqamətində danışıqlar aparmağa çağırırıq... Tərəflərin atəşkəs rejiminə ciddi riayət etməsi və hərtərəfli sülh sazişi üzərində işləməsi vacibdir. İstər Minsk Qrupu çərçivəsində, istərsə də dövlət katibi John Kerry tərəfindən ikitərəfli şəkildə münaqişənin sülh yolu ilə nizamlanması üçün səylərimizi davam etdiririk».

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Danışıqlar ATƏT-in Minsk Qrupun vasitəsilə aparılır. Bu qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

Qrupa Rusiya, Fransa və ABŞ həmsədrlik edir.

Ermənistan qoşunlarının işğal olunmuş rayonlardan çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Amma bu qətnamələr, hələ də, yerinə yetirilmir.

Bu il aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG