Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:21

Guardiola: "Belə şey görməmişdim"- Futbolda möcüzə


Robert Lewandowski

Robert Lewandowski

►"Bavariya"nın baş məşqçisi Pep Guardiola futbolçusu Robert Lewandowskinin "Volfsburq"la görüşdə yaratdığı möcüzədən danışıb.

Almaniya mətbuatı və digər kütləvi informasiya vasitələrinin məlumatına görə, o görüşdən sonra mətbuata açıqlamasında karyerası dövründə-istər futbolçu, istərsə də məşqçi kimi belə şey görmədiyini deyib. Guardiola deyib ki, Lewandowskinin elədikləri inanılmazdır.

Robert Lewandowski sentyabrın 22-də Bundesliqada "Volfsburq"la görüşdə 9 dəqiqəyə 5 qol vurub ki, bu Avropanın futbol tarixində yeni rekorddur.

Özü də ehtiyatda oturan futbolçu bunu ikinci hissə, oyuna girdikdən sonra edib.

Birinci hissədə 0:1 hesabı ilə məğlub olan “Bavariya” sonda 5:1 hesabı ilə qalib gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG