Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:40

Avqustun 22-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki «Marakana» stadionunda XXXI Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə sambaçıların ifasında Rionun görməli yerləri, Olimpiya halqaları təqdim olunub və musiqili hissə başlayıb. 27 uşağın ifasında Braziliyanın dövlət himni səsləndirilib və dövlət bayrağı qaldırılıb. Uşaqların sayı Braziliyanın 26 ştatı və 1 federal dairəsinin sayına uyğun seçilib.

Rio-2016-da iştirak edən ölkələrin bayraqları səhnəyə gətirildikdən sonra yarışın mükafatçılarının paradı keçirilib.

Ölkənin tarixinin, qədim yaşayış məskənlərinin, qədim insanların çəkdiyi qayaüstü rəsmlərin canlandırıldığı növbəti hissənin davamında Braziliyanın toxuculuq sənayesinin inkişaf tempi təqdim olunub. Hissə Braziliyanın məşhur balet qrupunun çıxışı ilə yekunlaşıb.

Sonra marafon yarışının qalibləri mükafatlandırılıb. Qızıl medala Keniya idmançısı Eliud Kipçoqe sahib olub. Efiopiyalı Feyisa Lilesa gümüş, ABŞ atleti Qalen Rupp isə bürünc medal qazanıb.

Olimpiya Oyunlarının vətəni sayılan Yunanıstanın dövlət bayrağının qaldırılması və dövlət himninin səsləndirilməsindən sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı endirilib. Olimpiya bayrağı 2020-ci ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Tokio şəhərinin meri xanım Yuriko Koikoya təqdim olunub.

Braziliyanın flora və faunasından bəhs edən hissə başa çatdıqdan sonra Olimpiya məşəli söndürülüb və tədbir karnavalla davam edib.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına idmanın 18 növü üzrə 56 idmançı ilə qatılmışdı.

Rio-2016-da Azərbaycan komandası 18 medal qazanıb. Bunun biri qızıl, yeddisi gümüş və onu bürünc olub. Azərbaycana yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb. Medal sıralamasında Azərbaycan 39-cu olub. Siyahıda birinci yerdə ABŞ qərarlaşıb. ABŞ idmançıları 121 medal qazanıb. Onun 46-sı qızıl olub. Azərbaycandan öndə 38-ci yerdə isə Gürcüstan olub. Gürcüstan 2 qızıl qazanıb. Azərbaycan bundan əvvəlki London Olimpiadasında 2 qızıl, 2 gümüş, 6 bürünc əldə etmişdi. Olimpiya sıralamasında əsas göstərici qızıl medallar sayılır.

XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi elə «Marakana» stadionunda avqustun 5-də keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG