Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

►Yeni qaydayla ödənilən vergidən isə xəbər yoxdur

Azərbaycanda kafe və restoranların sayı durmadan artır. Təkcə ötən il eyni vaxtda 72 mindən çox adama xidmət göstərə bilən 1771 yeni iaşə obyekti açılıb.

Vergi Məcəlləsinə builki düzəliş Bakı şəhərində fəaliyyət göstərən iaşə obyektlərinə seçim imkanı verilib.

Bakı şadlıq evi və restoranlar lideridir

Dövlət Statistika Komitəsində (DSK-da) AzadlıqRadiosuna deyiblər ki, 2016-cı ilin əvvəlinə Azərbaycanda tutumu 575 min 700 nəfər olan 15 min 645 iaşə obyekti vardı. 2010-cu ildən bu yana 6 min 948 şadlıq evi, restoran, kafe və dönərxana açılıb.

Ötən il 800 yeni iaşə obyekti yaradılandan sonra Bakıdakı belə obyektlərin sayı 6 min 258-ə çatıb. Bu, Abşeron rayonu ərazisindəki iaşə obyektlərindən 18 dəfə, Sumqayıtdan – 7 dəfə, Qəbələdənsə 27 dəfə çoxdur. Birdəfəlik tutumun da 58 faizi paytaxtın payına düşür.

Buna da bax: Manat şadlıq saraylarına «toy tutdu»

Paytaxtın hər sakini iaşə xidmətinə ildə 311 manat xərcləyir

Ötən il ölkə əhalisi kütləvi iaşə xidmətlərinə adambaşına 116 manat ödəyib. Bakıda bu göstərici 311 manatı aşır.

Bəzi şəhər və rayonlarda kafe və restoranlara adambaşına düşən illik xərcləmələr onların turizm imkanlarına uyğun deyil. Məsələn, 2015-ci ildə turistlərin ilboyu sıx-sıx baş çəkdiyi Qəbələdə adambaşına 72 manat, Xaçmazda - 78 manat, İsmayılıda isə 35 manat xərclənib.

İctimai iaşə obyektlərində dövriyyənin belə qeyri-mütənasib olması vergitutma məsələləri ilə bağlı ola bilər. Obyektlər, xərclər nəzərə alınmadan, Bakıda dövriyyənin - 4, regionlarda isə 2 faizini vergi şəklində dövlət büdcəsinə ödəyirlər. Söhbət bu ildən və illik dövriyyəsi 200 min manatı aşmayan obyektlərdən gedir. Ötən il yalnız illik dövriyyəsi 120 min manatı keçməyənlər sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçə bilərdilər.

Buna da bax: Şadlıq evləri ilə bağlı yeni standartlar

Vergi Məcəlləsinə builki düzəlişə görə...

Xatırladılan düzəlişdən sonra paytaxtda fəaliyyət göstərən iaşə obyektlərinə seçim imkanı verilib: onlar illik dövriyyə 200 min aşsa da, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyətlərini davam etdirə bilərlər. Düzdür, bir şərti ödəməklə - vergi 4 faizdən deyil, 8 faizdən hesablanacaq. Tutalım, 300 min manatlıq dövriyyəsi olan bir kafe indi 24 min manat vergi ödəyəcək. İşçilərin əmək haqqından gəlir vergisi, sosial sığorta ödəmələri də öz yerində. Əks halda, sahibkar Əlavə Dəyər Vergisi uçotuna durmalıdır.

ƏDV ödəyicisisənsə, xərci müştəridən çıxacaqsan?

ƏDV ödəyicisi olmağın da öz özəllikləri var: Müştəriyə hesab ƏDV nəzərə alınmaqla - daha yüksək məbləğdə təqdim olunur. Yəni, əmlak, torpaq və yol vergisi də nəzərə alınır. Zərərlə işləmədiyin halda, mənfəətdən də 20 faiz vergi ödəməlisən.

Regionlarda isə dövriyyə nəzərə alınmasa, vergitutma prinsipi dəyişməz qalıb.

Qida sektorunda yeni vergi sistemi bu ildən tətbiq olunur. Sahibkarların yeni vergi sisteminə uyğunlaşmağa üstünlük verdikləri, yaxud vergi əməkdaşları ilə «nə şiş yansın, nə kabab» qaydası ilə ortaq dil tapıb-tapmadıqları hələ məlum deyil. Bunun da səbəb odur ki, nazirlik itqtisadiyyatın sektorları üzvə vergi daxilolmalarına dair ümumiləşdirilmiş hesabatlar yaymır.

Günün bütün mövzuları

XS
SM
MD
LG