Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:24

►Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbir dekabrın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əsas binasında olacaq.

Saat 15 00-da başlayacaq tədbirə giriş sərbəstdir.

Rəşid Behbudov 1915-ci ildə Tiflisdə (Tbilisidə) doğulub. Atası şuşalı xanəndə Məcid Behbudov, anası isə Qazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım Vəkilova olub.

Tiflisin «Şeytanbazar» məhəlləsində böyüyən gələcəyin ünlü sənətkarı uşaqlıqdan oxumağa başlayıb.

Əvvəlcə estrada qruplarında, daha sonra Yerevan Dövlət Caz orkestrində çalışıb.

Buna da bax: Putin" Bu, Rusiyaya arxadan zərbədir" [VIDEO]

1943-cü ildə Bakıda qastrolda olarkən təsadüfən «Arşın mal alan» filminin yaradıcı qrupunun diqqətini çəkib və filmdə Əsgər roluna dəvət alıb.

1946-cı ildə bu rola görə o, zamanın ən sayılan mükafatı olan SSRİ Dövlət Mükafatını alıb. Film 86 dilə çevrilib, 136 ölkədə göstərilib. Azərbaycan musiqisində Rəşid Behbudov erası belə başlanıb.

Saysız mükafatlar, ən seçkin adlar, aramsız qastrollar, inanılmaz şöhrət hər zaman onunla addımlayıb.

O, isə bütün bunların əvəzini əvəzsiz səsi ilə qaytarıb. Rəşid bəy 1989-cu il iyunun 9-da 74 yaşında Moskvada dünyayla vidalaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG