Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:27

İndoneziya 8 narkotik qaçaqmalçısını edam edib


Avstraliyalı məhkumları edamdan qurtarmaq istəyənlərin piketi.
Avstraliyalı məhkumları edamdan qurtarmaq istəyənlərin piketi.

Son anda 9-cu məhkumun – Filippinli qadının edamı təxirə salınıb.

İndoneziyada narkotik maddələrin qaçaqmalçılığna görə ölümə məhkum edilmiş 8 nəfər edam edilib.

Edamlar Nusakambangan şəhərindəki Besi həbsxanasında səhərin erkən saatlarında icra olunub.

Lakin son anda 9-cu məhkumun – Filippinli qadının edamı təxirə salınıb.

Avstraliya bu edamların ləğv olunması üçün İndoneziyaya müraciət etmişdi.

Avstraliyalılardan başqa edam olunanların arasında nigeriyalılar, bir braziliyalı və bir indoneziyalı var.

Filippinli Mary Jane Fiesta Veloso-nun edamı son anda Filippin prezidentin ricası ilə təxirə salınıb.

Onun işinə yenidən baxılması mümkündür.

Veloso-nun anası qızının xilasını möcüzə adlandırıb.

XS
SM
MD
LG