Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:11

NİDA-çı gəncə 30 sutka verildiyi təsdiqləndi


Rəhim Vəliyev
Rəhim Vəliyev

NİDA Vətəndaş Hərəkatının fəalı Rəhim Vəliyev polis əməkdaşının tələblərinə əməl etməməkdə günahlandırılıb. Gəncə yanvarın 16-sı məhkəmənin qərarı ilə 30 gün inzibati həbs cəzası verilib.

Bu haqda Azadlıq Radiosuna onun vəkili Elçin Sadıqov məlumat verib.

Qərarı Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov çıxarıb.

Yanvarın 16-da isə ona 15 sutka həbs verildiyi deyilirdi.

Vəkil qərarı qanunsuz saydıqlarını, gün boyunca inzibati qaydada bundan apellyasiya şikayəti verəcəklərini bildirib.

Nərimanov Rayon Məhkəməsinin qərarında göstərilir ki, Rəhim Vəliyev ondan sənəd tələb edən polisin tələblərinə tabe olmayıb.

Vəkilin bildirdiyinə görə, R.Vəliyev saxlanarkən onun doğmaları ilə əlaqə saxlamasına belə imkan verilməyib. Məhkəmədə isə onun müdafiəsinə istədiyi vəkil yox, dövlət vəkili cəlb olunub.

Buna da bax-'Ömrü də Şah İsmayıl qədər olsun' statusuna görə 5 il, 6 ay...

R.Vəliyevin yanvarın 16-sı saxlandığı deyilirdi.

Saxlanılmazdan əvvəl onun yaşadığı mənzildə axtarış aparıldığı söylənirdi.
Verilən məlumatlara görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları onun iştirakı olmadan mənzilində axtarış aparıb, gəncin telefonu və noutbuku götürülüb.

NİDA Vətəndaş Hərəkatı R.Vəliyevin saxlanmasının siyasi motivli olduğunu bəyan edib.

XATIRLATMA

Dünən, yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi NİDA Vətəndaş Hərəkatının başqa bir üzvü Elgiz Qəhrəmanı 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Həmin gənc CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsilə ittiham edilirdi. Elgiz Qəhrəman ittihamı qəbul etmir, ona şər atıldığını bildirir.

NİDA Vətəndaş Hərəkatının bundan əvvəl də bir neçə fəalı həbs edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG