Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:06

Serj Sarkisian: "Eşitdim də, vay!"


Yerablur panteonu
Yerablur panteonu

Sentyabrın 21-də Ermənistanın müstəqiliyinin 25 illiyi bayram ediləndə prezident Serj Sarkisian dövlət və hökumət rəhbərləri ilə birlikdə Yerablur panteonunu ziyarət edib və Ermənistan medisının diqqətini çəkən məqamlar yaşanıb.

Aravot qəzeti yazır: “Jurnalistlər bir neçə dəfə Sarkisiandan xahiş etdilər ki, heç olmasa, bu bayram günündə prezident bir neçə suala cavab versin. Sarkisian jurnalistləri qınayıb ki, onlar əvvəlcə bayramı təbrik edə bilərdilər.

Jurnalistlər xorla prezidenti təbrik ediblər, prezident öz təşəkkürünü bildirib və...bundan sonra Sarkisian arxasını jurnalistlərə çevirib və daha heç bir suala cavab verməyib”.

Aravot yazır ki, onun sualına da Sarkisian cavab verməyib. Sual isə belə idi ki, “doğrudanmı biz tam müstəqilik?”

ARMENƏ DE!

Həmin mərasimdə başqa maraqlı hadisə də olub. Aravot yazır:

“Qadınlardan biri ağlayaraq prezidentə yaxınlaşıb: “Mənə heç olmasa, 100 min dram verin ( 100 min dram 200 dollardır- Azadlıq Radiosu), gedim, işığın pulunu verim, yoxsa qaranlıqda qalacam.”

Prezident qadının əlindən tutdu, istədi ki, qadın şikayətinə davam etməsin. Qadın davam edəndə Sarkisian əsəbiləşib : “Eşitdim də, vay! Mən artıq göstəriş vermişəm, daha nə istəyirsən? Dedim axı, mən artıq göstəriş vermişəm. Gedərsən Armenin yanına, o hər şeyi həll edər, vay!”

Aravot qəzeti həmin səhnənin videosunu da qoyub:

CƏMİYYƏTİN TANIMADIĞI YENİ 4 NAZİR

Çorrord İşxanutyun qəzeti isə Ermənistanın yeni 4 nazirinin təyinatı ilə bağlı yazır: “Onların yalnız adları məlumdur.Cəmiyyət onları üzdən tanımır. Bu 4 nəfərin ümumi cəhəti nədir?

Onlardan 3-ü (4-cünün tərcüməyi-halı ətraflı deyil) Politexnik institutunu bitirib, özəl şirkətlərdə işləyib, ingilis dilini bilir. Sadə dildə desək, uğurlu şirkətlərdə menecer olublar. Fikir verin- hamısı xarici şirkətlərdə.

Bu, baş nazir Karapetyanın Ermənistanı ağır iqtisadi durumdan necə çıxarmağa “baxışlarını” əks etdirir. Yeni təyin olunan baş nazir düşünür ki, Ermənistan iqtisadiyyatının indiki pis vəziyyətinin səbəbi pis idarəçilikdir və vəziyyəti ingilis dilini bilən texnoktartlar düzəldə bilər. Ermənistanın iqtisadiyyatının fəlakətli durumunun bütün səbəbləri isə siyasidir”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG