Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:41

Sentyabrda Azərbaycan Konstitusiyaya dəyişiklikləri müzakirəyə çıxaracaq. Təkliflər prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını, bu posta seçilməyə yaş məhdudiyyətinin götürülməsini, vitse-prezident postunun təsis edilməsini nəzərdə tutur.

KONSTİTUSİYADA NƏLƏR DƏYİŞİR? -

Bir qədər öncə bir neçə sənətçinin referenduma çıxarılacaq dəyişikliklərlə bağlı mövqeyini çatdırmışdıq. Mövzunu davam etdiririk.

Rasim Balayev

Rasim Balayev

RASİM BALAYEV: “ƏCƏB EDİRLƏR”
Xalq artisti, kinoaktyor Rasim Balayevdən referendumda iştirak edib-etməyəcəyini xəbər aldıq. Cavab verdi: “Hələ ona qədər yaşamaq lazımdır. Əlbəttə, baxacam”.

Aktyor ümumxalq səsverməsinə çıxarılan təkliflərdən xəbərsiz olduğunu söyləyir. Biz bəzilərini sadaladıqdan sonra deyir:

– Vallah, mən nə deyim. Özləri bilir.

– Siz də bir vətəndaş, bu dəyişikliklər xalq səsverməsinə çıxarılır...

– Mən bir neçə xəstəliklə mübarizə aparıram, müalicəmlə məşğulam. (bir qədər susdu) Dediyim odur ki, nə məsləhət bilirlər, onu edirlər, əcəb edirlər.

Fuad Poladov

Fuad Poladov

FUAD POLADOV ŞƏHƏRDƏ DEYİLMİŞ

Xalq artisti, kino və teatr aktyoru Fuad Poladov çox qısa danışır:
“Mən bir aydı şəhərdə deyiləm, heç nədən xəbərim yoxdur. Ayın axırı gələcəm, zəngləşib danışarıq. Olarmı?”

***Bunlara da baxın: - Referendum məhbusları?

Azərpaşa Nemət

Azərpaşa Nemət

AZƏRPAŞA NEMƏTOV: “BUNA EHTİYAC VAR”

Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor, xalq artisti Azərpaşa Nemətov əvvəlcə yanında qonaqları olduğunu söyləsə də, qəfildən söhbətə başlayır:
– O referendum da seçkilərlə bağlıdır, hə? Onu deyirsiz? Hər halda, mən müsbət dəyərləndirirəm. Zaman göstərir ki, buna ehtiyac var, lazımdı və mən də dəstəkləyirəm.

– Nəyə ehtiyac var?

– Hamısına ehtiyac var. Siz dediniz, yaş məhdudiyyəti aradan götürülür?

– Bəli. Sizcə, prezident seçilmək üçün yaşın fərqi var?

– Hər şeyi insanın savadı müəyyən edir, bir də bacarığı, imkanları. Əgər o göstəricilər varsa... Əksinə, bu, xalqa geniş şərait yaradır axı. Kimsə seçilə bilər. İnanıram ki, bizdə savadlı gənclər də çoxdur. Mən... şəxsən indiki prezidenti çox dəstəkləyirəm. Bu saat dünyada siyasi durum çox gərgindir, çox çətindir. Biz, şükür Allaha, normal yaşayırıq. Qarantiyamız var. Qarantdır. Şükür Allaha ki, belədir. Səsvermədə də iştirak edəcəm.

“20 YAŞLI PREZİDENT MƏNİ İDARƏ EDƏ BİLƏCƏKSƏ, MƏN RAZI”
Azərpaşa Nemətov daha sonra irəliləyişlərdən danışır, Azərbaycana gələnlərin Bakıya, onun yollarına, xalqa valeh olduğunu deyir.

– Amma İlham Əliyevin ünvanına tənqidlər də var. Məsələn, insan hüquq və azadlıqlarını boğduğunu bildirirlər, siyasi məhbuslar var. Bu haqda nə düşünürsünüz?

– Tənqidlər bütün dövlətlərdə olub. Hamı tənqid edilir. O tənqidlər haqlıdır, haqsızdır, məsələnin o tərəfi də var, axı. Tənqid edən özünün haqlı olduğunu düşünür...

– Necə bilirsiz, 20 yaşında gənc ölkəni idarə edə bilərmi?

– Olmayan şeyi niyə müzakirə edirik? İndi elə namizəd var? İndi 20 yaşında namizəd var? Sözaltı nəsə soruşmaq lazım deyil.

– Amma səsverməyə çıxarılacaq dəyişikliklər qəbul edilərsə, 20-25 yaşlı gənc iddiasını ortaya qoya və ölkəni idarə etmək istəyə bilər.

– Əgər məni idarə edə biləcəksə, mən razıyam. Edə bilməyəcəksə, bunu niyə müzakirə edirəm? Əvvəla, elə namizəd yoxdur. Olsa da... Mən bu gün İlham Əliyevə alternativ görmürəm.

(***Bu da referendum haqqında Bakı sakinlərinin dedikləri:)

Şərhləri göstər

XS
SM
MD
LG