Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:19

«Hər bir cəmiyyətin həyatında dəyişiklik vacibdir. Bəzən deyirlər ki, Referendum Aktı layihəsi, Konstitusiyada ediləcək dəyişikliklər nə üçündür? Bu, ölkənin inkişafı ilə əlaqədardır. Elə məsələlər var ki, günün tələblərinə cavab vermir».

«Report»un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda dairə seçki komissiyaları sədrlərinin maarifləndirilməsi məqsədilə keçirilən müşavirədə deyib.

Buna da bax - M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

Z.Əsgərov müşavirədə «Referendumda iştirak hüquqlarının konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri» mövzusunda çıxış edib.

O bildirib ki, Konstitusiya hüquqi dövlətin tələblərinə cavab verməlidir: «Heç bir ölkə deyə bilməz ki, tam hüquqi dövlətdir. Heydər Əliyev deyərdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur. Biz də bu dəyişiklikləri etməklə mərhələ-mərhələ hüquqi dövlət prinsiplərinə cavab verməyə çalışırıq. Referendum elə hüquqi fenomendir ki, burada xalq bütövlükdə iştirak edir. Burada xalqın iradəsi əks olunur. Hər bir Referendum Aktı cəmiyyətin barometridir, inkişafın göstəricisidir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var».

Buna da bax - Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Bu il sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır.

Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Sentyabrın 26-da Azərbaycanda hansı hadisə baş verəcək? Sorğu

Günün bütün mövzuları

XS
SM
MD
LG