Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:58

Zeynal Nağdəliyev: 'Prezident İlham Əliyev tapşırıb ki...'


Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev

«Azərbaycanı 10 il əvvəllə müqayisə etsək, görərik ki, ölkə xeyli inkişaf edib. 10-15 il əvvəl beynəlxalq təşkilatlar bizi tənqid edirdilər, suallar verirdilər. Artıq bu problemlər aradan qalxıb».

«Report»un xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Bakıda dairə seçki komissiya sədrlərinin maarifləndirilməsi ilə bağlı keçirilən müşavirədə deyib.

Müşavirdə «Referendumun hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri, onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti» mövzusunda çıxış edən Z.Nağdəliyev qeyd edib ki, Azərbaycanda təkmilləşmiş seçki qanunvericiliyi var: «Biz bunu qorumalıyıq. Nöqsanlara yol verilməməlidir. Çünki bu nöqsanlardan maraqlı tərəflər istifadə edə bilər. Azərbaycanda siyasi sabitlik var. Borcumuz ondan ibarətdir ki, yaradılmış şəraitə töhfə verək, xələl gətirməyək. Prezident İlham Əliyev bizim hər birimizə tapşırıb ki, seçkilər, səsvermə qanun çərçivəsində keçirilsin».

Buna da bax - 'Azərbaycan dünyaya nümunədir' - MSK sədri

Z.Nağdəliyev vurğulayıb ki, seçici siyahıları tam dəqiqləşdirilməlidir: «Dövlət orqanları bu işdə birgə fəaliyyət göstərməlidir. Kimsə vəzifəsini layiqincə yerinə yetirməsə, biz ona təsir göstərəcəyik ki, işini başa çatdırsın. Təşviqat kampaniyasında lövhələr də nəzərdən keçiriləcək, nəsə çatışmazlıq olarsa, aradan qaldırılacaq. Ümumilikdə, seçki məntəqələrində 1000 veb-kamera quraşdırılacaq. Açıq deyirəm, əvvəllər veb-kameralarla bağlı şübhələr vardısa, indi hamısı aradan qaldırılıb».

Bu il sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır.

Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG