Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:08

Referendum təşviqatında açıq və qapalı yerlər açıqlandı


Referendum təşviqatı - 2009
Referendum təşviqatı - 2009

Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-na təyin edilmiş referendum ilə bağlı ölkə ərazisində təşviqatın aparılmasından ötrü ayrılan açıq və qapalı yerlər açıqlanıb.

AZƏRTAC-ın xəbərinə görə, bütün ölkədə 117 seçki dairəsi üzrə 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Bakıda şəhərin mərkəzi küçə və meydanları, əvvəlki seçkilərdə olduğu kimi, təşviqatdan kənarda saxlanıb.

Səbail rayonunda təşviqat üçün yenə 20-ci yaşayış sahəsi, 6 saylı Peşə məktəbinin həyəti ayrılıb. Yasamal rayonunda isə H.Cavid prospekti, 528-ci məhəllədəki meydan.

Hələlik, indiyə kimi 3 təşviqat qrupu qeydiyyatdan keçib. Bunların biri hakim Yeni Azərbaycan Partiyasının yaratdığı «Yeni Azərbaycan», digərləri isə «Bələdiyyə» və «Vətəndaş Cəmiyyəti» təşəbbüs qruplarıdır.

«Bələdiyyə» təşəbbüs qrupunu bəzi bələdiyyələr, «Vətəndaş Cəmiyyəti»ni isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə bir sıra QHT-lər yaradıblar.

Həmin təşəbbüs qruplarının üçü də dəyişikliklərin lehinədir.

Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Dəyişikliklərin əleyhinə olan siyasi qüvvələrdən Müsavat Partiyası imzaları Mərkəzi Seçki Komissiyasına təhvil verib. Ancaq onun «Respublika» təşviqat qrupunun qeydə alınıb-alınmayacağı, hələlik, bilinmir.

Milli Şura referendumu boykot etmək qərarı verib.

Referendumda dəyişikliklərin əleyhinə təbliğat aparmaq qərarı verən REAL hərəkatı isə avqustun 22-də prosesdən çəkildiyini elan edib. Hərəkat qərarını hökumətin basqıları ilə izah edib.

Referendum üzrə qeydə alınmış təşviqat qrupları fəaliyyətə sentyabrın 3-də başlamalıdırlar. Təşviqat sentyabrın 25-i saat 8:00-da dayandırılacaq.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Referenduma hansı məsələlər çıxarılacaq?

Referenduma hansı məsələlər çıxarılacaq?
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG