Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:26

-

Mərkəzi Seçki Komissiyası (MSK) iyulun 27-də keçirilən toplantısında Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi üzrə təqvim planını təsdiq edib.

Plana görə, sentyabrın 26-da keçiriləcək referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanmalıdır.

Planda nəzərdə tutulur ki, referendumda “exit-poll” keçirmək istəyən qurumlar sentyabrın 6-dək müvafiq sənədlərlə MSK-ya müraciət edə bilərlər. Seçki qurumu həmin müraciətlər üzrə qərarlarını avqustun 16-dək açıqlayacaq.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

MSK-nın toplantısında həmçinin, qurumun nəzdində 9 nəfərdən ibarət ekspert və işçi qrupları yaradılıb. Həmin qruplar referendum zamanı seçki hüququnun pozuntularından şikayətləri araşdırmalıdır.

İyulun 18-də prezident İlham Əliyev Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı Referendum Aktı layihəsini rəy verilməsindən ötrü Konstitusiya Məhkəməsinə göndərmişdi. İyulun 25-də Konstitusiya Məhkəməsi Akta müsbət rəy verdi.

Prezident iyulun 26-da referendumun keçirilməsini sentyabrın 26-na təyin edib.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Milli Şura, REAL Hərəkatı və Müsavat Partiyası bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir. Hazırda, müxalifət partiyalarında etiraz aksiyalarına başlamaqla bağlı müzakirələr gedir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG