Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 09:25

«Azərbaycan inkişaf edərək, regionun lider dövlətinə çevrilib. Ölkədə ardıcıl islahatlar aparılır. Dünyanın hər bir yerində olan böhran Azərbaycana təsir etməyib. Bu, uzaqgörən siyasətin nəticəsində olub».

«Report»un xəbərinə görə, bunu baş prokurorun birinci müavini Rüstəm Usubov Bakıda referenduma hazırlıqla bağlı keçirilən müşavirədə deyib.
O bildirib ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi əlamətdar gün kimi tarixə düşəcək: «Azərbaycanda beynəlxalq standartlara cavab verən hüquqi sistem var. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, demokratik proseslər genişlənir».

R.Usubov qeyd edib ki, ümumxalq səsverməsində prokurorluq orqanlarının da rolu var: «2002-2009-cu illərdə keçirilən referendumlarda qanun pozuntularına yol verilməyib, bununla bağlı prokurorluğa müraciət daxil olmayıb. Qanun pozuntuları bələdiyyə və parlament seçkilərində olub. Prokurorluq da, öz növbəsində, bu işləri araşdırıb. Səmərəli işləməklə irəliləyiş əldə etmişik».

Buna da bax - Zeynal Nağdəliyev: 'Prezident İlham Əliyev tapşırıb ki...'

Baş prokurorun birinci müavininin deməsinə görə, bəzi şəxslər «Konstitusiya dəyişikliklərinə yox» vərəqələri yaymağa çalışır, səsverməyə ləkə salırlar: «Prokurorluq orqanları bununla bağlı tədbirlər görür. Biz bu xoşagəlməz hallarla bağlı qətiyyətli mövqe nümayiş etdiririk».

Bu il sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır.

Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG