Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 08:19

Ayaz Salayev: 'SSRİ-nin dağılmasını da sonradan bildim' - Ziyalılar referendum haqda


Ayaz Salayev
Ayaz Salayev

►Cavanşir Quliyev: “Atadan oğula keçmədimi hakimiyyət? Unuduruq. Mövcud olan qanunlarla da hakimiyyəti atadan oğula vermək olar”.

Sentyabrda Azərbaycanda Konstitusiyaya dəyişikliklər müzakirəyə çıxarılacaq. Təkliflər prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılmasını, bu posta seçilməyə yaş məhdudiyyətinin götürülməsini, vitse-prezident postunun təsis edilməsini nəzərdə tutur.

Bu haqda siyasətçilərin mövqeyi aydındır, bəs siyasətdə olmayanlar nə düşünürlər?

Yazıçı Əkrəm Əylisli dəyişikliklər haqda danışmaq istəmədiyini söylədi.

“SSRİ DAĞILANDA XƏBƏRİM OLMADI”

Rejissor Ayaz Salayev dəyişikliklərin detallarından xəbərsiz olduğunu, hal-hazırda ssenari üzərində işlədiyini bildirdi:

Ayaz Salayev: SSRİ-nin dağılmasından xəbərim olmayıb
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00
Direct-ə keçid

“Gərək oxuyum, fikirləşim, sonra danışım. İndi ssenari yazıram. SSRİ dağılanda mənim xəbərim olmadı, onda da ssenari üzərində işləyirdim. Birneçə ay sonra bildim ki, SSRİ yoxdur”.

Rejissor onu da əlavə edir ki, dəyişikliklərlə tam tanış olduqdan sonra bu haqda AzadlıqRadiosuna danışacaq.

MÜBARİZ TAĞIYEV: “XƏBƏRİM YOXDUR”

Xalq artisti, müğənni Mübariz Tağıyevin cavabı belə oldu:

“Dünyadan köçənimiz var, baş qarışıqdır, heç nədən xəbərim yoxdur, heç bilmirəm nədən söhbət gedir”.

Buna da bax: “Referendum aktının müdafiə olunacağına əminəm”

CAVANŞİR QULİYEV: “TƏCRÜBƏYƏ QALSA...”

Cavanşir Quliyev
Cavanşir Quliyev

Bəstəkar Cavanşir Quliyev isə bəzi mülahizələrini bölüşsə də, bəzilərini açıqlamağa tələsmir:

Cavanşir Quliyev Konstitusiyaya dəyişiklik təklifi haqda fikrini deyir
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00
Direct-ə keçid

– Hamısından xəbərim yoxdur. Sosial şəbəkələrdə oxuduğum qədər bilirəm. Bilirəm ki, vitse-prezident postu yaradılır. Sonra?

– Yaş məhdudiyyəti ləğv olunur, prezidentlik müddəti 5 ildən 7 ilə kimi uzadılır...

– Rəsmi nəsə demək çətindir. Dəyişiklik hər ölkədə olur, bizdə də edirlər, buna nə yaxşı, nə pis demək olar. Arxasında yəqin nəsə var, hər kəsin bununla bağlı öz ehtimalı ola bilər, mənim də ehtimallarım var. Amma bu sadəcə, ehtimaldır. Bu haqda bəri başdan nəsə demək çətindir. Rusiyada da prezidentlik 7 ilə qaldırıldı, bəlkə başqa Avropa ölkələrində də belə hallar var. Nə demək olar, “Etməyin” deyəcəyik, onlar da cavab verəcəklər: “Gedin səsvermədə “Yox” deyin”. Ona millət qərar verəcək.

– Bəs yaş məhdudiyyətinin götürülməsi haqda nə düşünürsüz? İndiki qanunvericiliyə görə, prezidentliyə namizədin yaşı 35-dən yuxarı olmalıdır. Amma dəyişikliklərdə bu məhdudiyyətin götürülməsi təklif edilir. Tənqidçilərin fikrincə, bu, doğru deyil, çünki ölkəni müəyyən yaş həddinə çatan, təcrübəsi olanlar idarə etməlidir.

– Həyat təcrübəsindən danışırıqsa, o zaman 50 yaşdan yuxarı olanlar prezident seçilməlidir. Məntiqlə belə çıxır. 35 də 25-in tayıdır, fərqi yoxdur. Bu, təcrübə məsələsi deyil, məncə, başqa məsələdir.

– Bu dəyişikliklərin Azərbaycanı respublika quruluşundan uzaqlaşdıraraq monarxiyaya apardığı deyilir.

– “Aparır” deyəndə bəyəm monarxiya deyildi? Atadan oğula keçmədimi hakimiyyət? Unuduruq. Mövcud olan qanunlarla da hakimiyyəti atadan oğula vermək olar. Çətin deyil ki, bir dəfə etdilər, bir də edərlər. Bu, nəsə başqa şeydir. Bəlkə də dəyişikliklərə məcburiyyət qarşısında gedirlər. Demək olmur, isbat yoxdur, sübut yoxdur.

Buna da bax: Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?

Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG