Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:34

«Referendum zamanı ictimai asayişin qorunması üçün daxili işlər orqanları bütün tədbirləri görəcək. Referendum ərəfəsində razılaşdırılmamış yürüşlərin, mitinqlərin, piketlərin keçirilməsinə imkan verilməyəcək».

APA-nın xəbərinə görə, bunu avqustun 18-də Mərkəzi Seçki Komissiyasının (MSK) referendumla bağlı keçirdiyi seminar-müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

O.Zalov «Referendum prosesində Daxili İşlər Nazirliyi orqanlarının rolu və vəzifəsi» mövzusunda çıxış edib.

O, bildirib ki, bu prosesə xələl gətirmək istəyənlərə heç bir imkan tanınmayacaq: 2Seçki komissiyalarının müraciətindən 10-15 dəqiqə sonra polis orada olacaq. Qeydə alınmış təşviqat qrupları ayrılmış açıq və qapalı yerlərdə öz təşviqatını aparacaq. Referendum günü isə seçki prosesinə xələl gətirmək istəyənlərin qarşısını almaq üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq».

Buna da bax - Həbslərin yeni dalğasımı başlandı?

Konstitusiyaya dəyişikliklərin əleyhinə olan bəzi müxalif qüvvələr artıq kütləvi aksiyaların keçirilməsi ilə bağlı müzakirələr aparırlar.

Bu il sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır.

Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax - Sentyabrın 26-da Azərbaycanda hansı hadisə baş verəcək? Sorğu

Günün bütün mövzuları

XS
SM
MD
LG